Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını qoydu Aydın Mirzəzadə

Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını qoydu Aydın Mirzəzadə

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı fəaliyyətin zirvə nöqtəsidir. Azərbaycan uzun illər davam edən mübarizənin nəticəsi olaraq, 44 günlük Vətən müharibəsində xalq-iqtidar birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. 
O bildirib ki, daha sonra isə Azərbaycanın öz ərazisində separatçılığa əsla yol verməyəcəyi dəfələrlə bəyan edildi:
“Bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan öz süveren hüquqlarını tam bərpa etdi. Bu əməliyyat təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını qoydu. Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. 2024-cü il avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli bəyanatla bu öhdəlik rəsmiləşdirildi”. 
Deputat diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu tarixi qələbələri şəhidlərimizin canı və qanı bahasına qazandı:
“Mənim öz yaxın qohumum da dayım qızının nəvəsi  həmin antiterror əməliyyatında şəhid olmuşdur. Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad ediləcək. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Həmin ərazilər artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, onlarla xarici dövlət başçıları bölgəyə səfər edir. Azərbaycan xalqı öz müstəqilliyini, dövlətçiliyini və suverenliyini qorumaqda qətiyyətlidir. Bu qətiyyətin arxasında həm xalqın iradəsi, həm də Prezident İlham Əliyevin uzaqgörən liderliyi dayanır. Biz qalib xalqıq, biz qurucu xalqıq. Bu, sadəcə şüar deyil gündəlik əməli fəaliyyətlə sübut olunan bir reallıqdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri