Icma.az, Yenigundem saytına istinadən bildirir. “Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münas
Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir.
Bu ölkənin baş naziri İrakli Kobaxidzenin yeni keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ikitərəfli münasibətlərin əsl mahiyyətini açmağa imkan verir”.
“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev də İ.Kobaxidze ilə görüşdə bu məqamı xüsusi vurğuladı və bildirdi ki, “parlament seçkilərindən sonra ilk səfərin ölkəmizə edilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.
“Yeri gəlmişkən, Gürcüstanda seçkilər Qərbdən davamlı təzyiqlər fonunda baş tutdu.
Gürcü cəmiyyətini parçalamaq məqsədilə müxtəlif vasitələrə əl atıldı.
Lakin Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi.