Icma.az
close
up
RU
“Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir” Nigar Məmmədova Yeni Gündəm

“Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir” Nigar Məmmədova Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

“Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir. Bu ölkənin baş naziri İrakli Kobaxidzenin yeni keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ikitərəfli münasibətlərin əsl mahiyyətini açmağa imkan verir”.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev də İ.Kobaxidze ilə görüşdə bu məqamı xüsusi vurğuladı və bildirdi ki, “parlament seçkilərindən sonra ilk səfərin ölkəmizə edilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

“Yeri gəlmişkən, Gürcüstanda seçkilər Qərbdən davamlı təzyiqlər fonunda baş tutdu. Gürcü cəmiyyətini parçalamaq məqsədilə müxtəlif vasitələrə əl atıldı. Lakin Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən,  qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Gürcüstan da bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu.
Gürcüstan hökumət başçısı da öz növbəsində Bakıda bəyan etdi ki, bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. İ.Kobaxidzenin Azərbaycan Prezidenti haqqında “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” söyləməsini isə Azərbaycanın regionda lider kimi qəbul olunmasının növbəti nümunəsi hesab etmək olar.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.
Hər iki ölkə inklüziv regional əməkdaşlıq və inkişaf naminə atılan addımların tərəfdarıdır.
Dövlət başçımız da Gürcüstan-Azərbaycan əlaqələrini bütün qonşular üçün nümunə kimi dəyərləndirdi.
Ölkələrimiz arasında eyni zamanda iqtisadi sahədə də yaxşı nəticələr əldə olunub. Belə ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub ki, bu da uğurlu iqtisadi siyasətin nəticəsidir.
Liderlərin görüşündə əsas müzakirələrdən biri də Orta dəhlizlə bağlı oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “böyük coğrafiyanı əhatə edən bu layihədə yenə də Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
Azərbaycan-Gürcüstan eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. İstər XİN-lərarası siyasi məsləhətləşmələr, istərsə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları uğurla fəaliyyət göstərir. Bu vaxta qədər iki ölkə arasında 123 sənəd imzalanıb.
İkitərəfli əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin də mühüm rolu var. Ümumiyyətlə, yüksəksəviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır. Bu məsələdə Bakı ilə Tbilisin maraqları üst-üstə düşür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 19 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri