Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin s
Ölkə başçılarının qarşılıqlı etimada əsaslanan şəxsi münasibətləri və mütəmadi təmasları bu inkişafın əsas hərəkətverici qüvvələrindən birin
Azərbaycan–Çin Hökumətlərarası Ticarət – İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən 10-cu iclasında bu barədə ətraflı bəhs edilib.
Baş nazirin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqların dövlət başçılarının verdiyi tapşırıqların icrasını müzakirə etmək, eləcə də iki ölkə arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynadığını bildirib.
Qeyd edək ki, Azərbaycan və Çin arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsindədir.
Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə isə bu səviyyənin daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.
Son illərdə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq davamlı şəkildə inkişaf edib.
Məsələn, cari ilin ilk 3 ayında Azərbaycanla Çinin qarşılıqlı ticarətinin həcmi 1,02 milyard dollara (ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çox) çatıb.