Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Azərbaycan Çin əməkdaşlığı Böyük İpək yoluna yeni həyat bəxş edir

Azərbaycan Çin əməkdaşlığı Böyük İpək yoluna yeni həyat bəxş edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri nəticəsində bu gün hər iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçılarının qarşılıqlı etimada əsaslanan şəxsi münasibətləri və mütəmadi təmasları bu inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib.

Azərbaycan–Çin Hökumətlərarası Ticarət – İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən 10-cu iclasında bu barədə ətraflı bəhs edilib. Baş nazirin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqların dövlət başçılarının verdiyi tapşırıqların icrasını müzakirə etmək, eləcə də iki ölkə arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynadığını bildirib.

Qeyd edək ki, Azərbaycan və Çin arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə isə bu səviyyənin daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.

Son illərdə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq davamlı şəkildə inkişaf edib. Məsələn, cari ilin ilk 3 ayında Azərbaycanla Çinin qarşılıqlı ticarətinin həcmi 1,02 milyard dollara (ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çox) çatıb. Bu göstəricinin əldə edilməsi isə ticarət-iqtisadi sahədəki əməkdaşlığın yeni inkişaf mərhələsinə daxil olmasını, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından birinə çevrilməsini şərtləndirib. Eyni zamanda, respublikamızın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olmasını sübuta yetirib.

Xatırladaq ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 21 faiz (3,7 milyard dollar) olub. Yuxarıda qeyd etdiyimiz kimi, cari ilin ilk 3 ayında isə müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37 faizdən (1,02 milyard) çox yüksəlib.

Azərbaycan – Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının sonuncu iclasında sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da xatırladılıb. Çindən Azərbaycana yönəldilən investisiyaların həcminin 940 milyon dollardan çox yüksəldiyi, eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcminin, təqribən, 2,1 milyard dollar həcmində olduğu diqqətə çatdırılıb.

Yeri gəlmişkən, bir az əvvəl xatırlatdığımız iclasda işğaldan azad edilən ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar barədə də ətraflı danışılıb. Azərbaycan – Çin Hökumətlərarası Ticarət – İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, Baş nazirin müavini Şahin Mustafayev Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib.

Qeyd edək ki, aprelin 17-də Pekində dövlətlərarası birgə əməkdaşlıq çərçivəsində Çin – Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans 2 gün davam edib. Əsasən ağır, dağ-mədən, kənd təsərrüfatı sənayelərini və s. sahələrin inkişafına yönəldilmiş konfransda hər iki ölkənin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Konfransda Çin Xalq Respublikasının “DONGFENG Agricultural Machinery” ilə Azərbaycan Respublikasının “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən “Dongfeng Agricultural Machinery” şirkəti “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcək.

Burada istehsal olunan texnikanın qonşu ölkələrin bazarlarında da satışı nəzərdə tutulur. Layihə çərçivəsində istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı həyata keçiriləcək.

Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri də qurulub və bu əməkdaşlığın düşmən əsarətindən xilas olunan ərazilərin bərpasında özünü daha qabarıq nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.

İki ölkə arasında “yaşıl” enerji sahəsində əməkdaşlıq strateji prioritet təşkil edir. Baş nazirin müavini Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan bu sahədə böyük potensiala, Çin isə geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir.

Nəqliyyat və tranzit sahəsində də daim müsbət göstəricilər nəzərə çarpıb. Keçən il Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86 faiz (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə gerçəkləşdirilən təşəbbüslər (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizləri kimi layihələr) də Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edib.

Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırıb. Eləcə də quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğunu bildirib.

Yeri gəlmişkən, Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında İT, kosmik sənaye, yüksək texnologiyalar, səhiyyə və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları da geniş müzakirə olunub. Yaxın vaxtlarda Azərbaycan

Prezidenti İlham Əliyevin Çinə planlaşdırılan səfərinin iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcəyinə əminlik ifadə edilib. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və milli-iqtisadi maraqlara uyğun bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Ötən ilin iqtisadi göstəricilərinə diqqət yetirsək, Azərbaycan – Çin arasında 3,7 milyard dollar (2023-cü illə müqayisədə 20,7 faiz çox) ticarət dövriyyəsinin mövcudluğunu görə bilərik. Hazırda Çin ölkəmizin əsas idxal tərəfdaşlarından biridir. Respublikamıza idxal olunan malların 17,8 faizi Çinin payına düşür. Dost ölkədən Azərbaycana 3,1 milyard dollarlıq, respublikamızdan isə Çinə 14 milyon dollarlıq mal ixrac edilir. Təəssüf ki, ötən il ölkəmizdən Çinə idxal 2023-cü illə müqayisədə 80,5 faiz azalıb.

İki ölkə Orta Dəhliz çərçivəsində də ciddi əməkdaşlıq edir. Çin logistika imkanlarının genişləndirilməsində maraqlı olan ölkələrdəndir. ABŞ-ın tətbiq etdiyi tarif siyasəti Çinin ölkəmizə marağını getdikcə artıracaq. Gələcəkdə iqtisadi əlaqələr daha da genişlənəcək.

Prezident İlham Əliyev bu günlərdə ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Azərbaycanın hazırda Çin şirkətləri ilə səmərəli əməkdaşlıq müstəvisində çoxsaylı layihələr gerçəkləşdirdiyini, dost ölkənin özəl qurumlarının müxtəlif sahələrdə, o cümlədən “yaşıl” enerji sahəsində strateji tərəfdaş olmağa dəvət edildiyini bildirib. Prezident İlham Əliyev, eyni zamanda, əlavə edib ki, Azərbaycan “yaşıl” ictimai nəqliyyat vasitələri buraxan Çin şirkəti müəyyənləşdirilib və bu il artıq ilk belə avtobusların istifadəyə veriləcəyi nəzərdə tutulub. Bununla yanaşı, Çin şirkətlərinin hazırladıqları Günəş panellərinin də Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə tikilən stansiyalarda istifadə olunması diqqətdə saxlanılıb. Eyni zamanda, artıq xeyli vaxtdır ki, Çin şirkətləri ilə “yaşıl” enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində danışıqlara başlanılıb.

Qeyd edim ki, Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri