Azərbaycan Çin əməkdaşlığı yeni düzəndə Kaspi nin ŞƏRHİ | Icma.az
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək bu ölkədə işgüzar səfərdə olub.
Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident İlham Əliyev daha sonra Tiencində Çinin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Maldiv Prezidenti Məhəmməd Muizzu, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib.
Bundan başqa, Prezident İlham Əliyev Çinin bir sıra şirkətinin rəhbər heyəti ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: İlham Əliyev səfər zamanı "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib.
Sentyabrın 2-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gediblər.
Onlar sentyabrın 3-də Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər.
Tam oxu
Xəbəri oxu