Icma.az
close
up
RU
Azərbaycan Çin əməkdaşlığı yeni düzəndə Kaspi nin ŞƏRHİ

Azərbaycan Çin əməkdaşlığı yeni düzəndə Kaspi nin ŞƏRHİ

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək bu ölkədə işgüzar səfərdə olub. Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev daha sonra Tiencində Çinin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Maldiv Prezidenti Məhəmməd Muizzu, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib. Bundan başqa, Prezident İlham Əliyev Çinin bir sıra şirkətinin rəhbər heyəti ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İlham Əliyev səfər zamanı "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib. Sentyabrın 2-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gediblər. Onlar sentyabrın 3-də Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər.

Azərbaycan-Çin əməkdaşlığı yeni düzəndə

Çin iki böyük tədbiri bir həftəyə sığdıraraq, özünün yüksəkintensivli və nəticəyönümlü diplomatik səylərini ortaya qoydu. Bu əsnada Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanmasını da xüsusi qeyd etməyə əsas var. Bu, Çinin Azərbaycana, onun lideri İlham Əliyevə dərin hörmətlə yanaşmasının göstəricisi idi.

Hər iki hadisə diplomatik duruş, hərbi güc və tarixi hekayəni birləşdirən qiymətləndirməyə malikdir. Çin bir tərəfdən Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) ABŞ-nin mərkəzləşdirmək istədiyi beynəlxalq nizama qarşı bayraqdar kimi inkişaf etdirir. Başqa yandan isə Qələbə Paradında nümayiş etdirdiyi müasir silahlarla strateji fokuslanmasındakı hərbi elementləri gündəmə gətirir.

Azərbaycan Çinin qlobal və regional yanaşmalarının təqdim etdiyi strateji fürsətləri anlayır. Bu, Azərbaycana Çinlə əməkdaşlığı dərinləşdirmək, Pekinin Zəngəzur dəhlizi layihəsindəki iştirakını gücləndirmək kimi xarici siyasət prioritetlərini təkmilləşdirməyə imkan tanıyır. Avqustun 8-də Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılıqlardan sonra isə Azərbaycan güc mərkəzləri arasında Zəngəzur dəhlizində mühüm əlaqələndiriciyə çevrilmək potensialına yiyələndi. Bir tərəfdən ABŞ ilə strateji tərəfdaşlıq, başqa yandan isə Çinlə müttəfiqlik əlaqələri Vaşinqtonla Pekini Zəngəzur dəhlizində əməkdaşlıq standartları yaratmasını stimullaşdıracaq. Regional inkişaf, təhlükəsizlik və sülh üçün ABŞ ilə Çin arasında diqqətlə qurulmuş xarici siyasət strategiyası Azərbaycanın yeni dünya nizamındakı mövqelərini önə çıxarır.

Hindistanın yaraları dərinləşir

Ancaq Azərbaycan-Çin əməkdaşlığı özünü Pekinə qarşı mühüm strateji oyunçu kimi görən Hindistanın yaralarını dərinləşdirir. Bu səbəbdəndir ki, Çin Azərbaycanın ŞƏT üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini blokladı. Pakistan da buna cavab olaraq, Ermənistanın üzvlük müraciətini blokladı. Beləliklə, Azərbaycan-Çin-Pakistan üçbucağı Hindistan-Ermənistan əlaqələrini daha dərindən sarsıdır və Hindistanın regional ambisiyalarını neytrallaşdırır. Həm də ona görə ki, Azərbaycan Cənubi Qafqaz regionundakı tendensiyaları formalaşdıran güclü əldir. Çin və Pakistan kimi güclərin Azərbaycana dəstək verməsi, üstəlik ABŞ ilə strateji əlaqələrdən irəli gələrək Vaşinqtonun yanaşmaları Hindistanın Bakıya qarşı sövdələşmə nəticələrini kölgədə qoyur.

Əliyev "Zəngəzur dəhlizi" deyir, Paşinyan isə...

İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edərkən deyib: "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək".

Daha sonra çıxış edən Paşinyan isə sözügedən terminin istifadəsinin Vaşinqton razılaşmasına zidd olduğunu iddia edib.

İlham Əliyev proseslərə uzaqgörən strategiya ilə, Paşinyan isə çox dar çərçivədən yanaşır. Bəli, bu, faktdır ki, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi ilə əlaqədar davam edən şiddətli mübahisələr Vaşinqtondakı razılıqla müsbət dəyişikliklə əvəzləndi. Bu, nəhayətdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizin reallaşmasıdır və İlham Əliyev onu yenidən Zəngəzur koridoru kimi təsbit edir. Əliyevin ifadəsinə dəhlizi "Tramp marşrutu" kimi gündəmə gətirən ABŞ də etiraz etmir, çünki nəhayətdə mahiyyət eynidir. Əliyev bir daha "Zəngəzur dəhlizi" terminini dünya nizamının formalaşmasına yardım etmək üçün anlayış kimi istifadə edir. Bu, gələcəkdə, Zəngəzur dəhlizi üzrə digər açıq qalan məsələlərin də həllini Azərbaycanın istədiyi şəklə salacağını prioritetləşdirir.

ŞƏT sammitindən çıxan nəticə budur ki, Çin qlobal və regional müharibələrin şiddətləndiyi dövrdə, özünün təqdim etdiyi çoxtərəfli strategiyanı formalaşdırır. Azərbaycanla bağlı məsələyə gəlincə, Çin yeni dünya nizamının memarı kimi Bakı ilə dərinləşmiş strateji əlaqələri dizayn etməkdə maraqlı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:356
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri