Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri 2024-cü ildə iki ölkə lide
Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan və Çin arasındakı əlaqələrin möhkəmlənməsinə təkan verib.
Bu tərəfdaşlıq ticarət, nəqliyyat və investisiya sahələrində olduğu kimi, turizm sektorunda da yeni imkanlar yaradır.
Son illərdə Azərbaycan turizm potensialını gücləndirmək və beynəlxalq bazarlarda tanıtmaq məqsədilə Çinlə sıx əməkdaşlıq edir.
Xüsusilə vizasız gediş-gəliş rejiminin tətbiqi, birbaşa uçuşların artırılması və birgə turizm layihələrinin reallaşdırılması bu sahənin inkişafına töhfə verməkdədir.
Bəs, bu strateji tərəfdaşlıq Azərbaycan və Çin arasında turizm sahəsində hansı yeniliklərə yol açacaq, viza rejiminin sadələşdirilməsi turist axınını necə dəyişəcək?
Bununla bağlı "Report"a yerli turizm ekspertləri fikirlərini bölüşüblər.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, Çindən gələn turistlərin sayının artması Azərbaycan turizm sektoru üçün mühüm və perspektivli istiqamətlərdən biridir.