Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Azərbaycan Çin strateji tərəfdaşlığı turizm əlaqələrinə necə təsir edəcək?

Azərbaycan Çin strateji tərəfdaşlığı turizm əlaqələrinə necə təsir edəcək?

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri 2024-cü ildə iki ölkə liderlərinin görüşündən sonra yeni mərhələyə qədəm qoyub.

Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan və Çin arasındakı əlaqələrin möhkəmlənməsinə təkan verib. Bu tərəfdaşlıq ticarət, nəqliyyat və investisiya sahələrində olduğu kimi, turizm sektorunda da yeni imkanlar yaradır.

Son illərdə Azərbaycan turizm potensialını gücləndirmək və beynəlxalq bazarlarda tanıtmaq məqsədilə Çinlə sıx əməkdaşlıq edir. Xüsusilə vizasız gediş-gəliş rejiminin tətbiqi, birbaşa uçuşların artırılması və birgə turizm layihələrinin reallaşdırılması bu sahənin inkişafına töhfə verməkdədir.

Bəs, bu strateji tərəfdaşlıq Azərbaycan və Çin arasında turizm sahəsində hansı yeniliklərə yol açacaq, viza rejiminin sadələşdirilməsi turist axınını necə dəyişəcək? Bununla bağlı "Report"a yerli turizm ekspertləri fikirlərini bölüşüblər.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, Çindən gələn turistlərin sayının artması Azərbaycan turizm sektoru üçün mühüm və perspektivli istiqamətlərdən biridir.

"Azərbaycan hökuməti artıq Çindən gələn turistlər üçün viza rejimini sadələşdirib. Bununla yanaşı, Dövlət Turizm Agentliyi və Turizm Bürosu Çində keçirilən sərgilərdə, "road show"larda yerli turizm şirkətləri və hotellərlə birgə iştirak edərək Azərbaycanın turizm potensialını tanıdır. Bu, ölkəmizə olan marağı artırır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir və bu, Azərbaycan üçün böyük imkanlar yaradır:

"Çindən səfər edən turist axını üzrə illik artım müşahidə olunur və gələcəkdə bu tendensiyanın davam edəcəyi gözlənilir. Bununla yanaşı, azərbaycanlı turistlərin də Çinə səfərləri artmaqdadır. Hazırda əsasən işgüzar səfərlər üstünlük təşkil etsə də, turistik səfərlərin sayında da dinamika müşahidə olunur. Yerli turizm sektoru bu istiqamətdə marağını qoruyur və əlaqələri daha da genişləndirməyə çalışır", - deyə G. Qəhrəmanov əlavə edib.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə qeyd edib ki, Azərbaycan və Çin arasında tərəfdaşlıq əlaqələri sürətlə inkişaf edir:

"Artıq Çin vətəndaşları Azərbaycana vizasız səfər etmək imkanı əldə ediblər. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, turizm sahəsində turist axınının artmasına və gələcəkdə investisiya əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Çin turizm xərcləri üzrə dünyada lider ölkələrdən biridir. Çinli turistlər əsasən qrup şəklində səyahət edir, alış-veriş və digər sahələrdə yüksək xərclər edirlər.

"Bu baxımdan, Azərbaycan və Çin arasında turizm sahəsində yaxınlaşma çinli turistlərin ölkəmizə marağını daha da artıracaq. Eyni zamanda, bu əməkdaşlıq iki ölkə arasında mədəni və ticarət əlaqələrinin inkişafına da töhfə verəcək", - deyə C.Aşurov əlavə edib.

Ekspert hesab edir ki, perspektivdə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Avropaya birbaşa çıxışı məsələsində Çin dövləti də maraqlı ola bilər:

"Bu dəhlizin açılması ticarət əlaqələrini genişləndirəcək və bunun turizm sektoruna da müsbət təsiri olacaq. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq çərçivəsində atılan addımlar gələcək illərdə turizm sahəsində yeni imkanlar yaradaraq, qarşılıqlı əlaqələrin güclənməsinə şərait yaradacaq", - deyə o bildirib.

Qeyd edək ki, ötən il Çindən Azərbaycana 44 798 turist gəlib. Bu, 2023-cü illə müqayisədə iki dəfə artım deməkdir. 2025-ci ilin yanvar ayında isə Çindən 2 603 turist Azərbaycana səfər edib ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur. Azərbaycandan Çinə ötən il 10 602 turist səfər edib ki, bu da 2023-cü illə müqayisədə 91 % artım deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri