Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta güc olmaq üçün bütün şanslara sahibdir.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə “Centre for China and Globalization” beyin mərkəzinin baş elmi işçisi və siyasi icmalçı Harvi Dzodinin (Harvey Dzodin) “South China Morning Post” üçün yazdığı məqalədə qeyd olunub.
"Azərbaycanın böyük neft istehsalçısı kimi enerji keçidi, Ermənistanla sülh səyləri və geostrateji mövqeyi BMT-nin İqlim Konfransında diqqət mərkəzində olacaq.
COP29 iqlim konfransı Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək.
COP28-in ev sahibi BƏƏ ilə müqayisədə, hələ ki, Azərbaycan barədə məlumat azdır, lakin bu tezliklə dəyişəcək.
Şərqi Avropa ilə Qərbi Asiyanı birləşdirən Cənubi Qafqaz ölkəsi çoxqütblü dünyada orta güc statusuna iddialıdır", – məqalədə bildirilib.
Müəllif bildirib ki, Azərbaycan öz iqtisadi və geosiyasi mövqeyini gücləndirmək üçün Asiya ölkələri, xüsusilə Çinlə əlaqələrini möhkəmləndirir.