Icma.az
close
up
RU
“Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır”

“Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta güc olmaq üçün bütün şanslara sahibdir.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə “Centre for China and Globalization” beyin mərkəzinin baş elmi işçisi və siyasi icmalçı Harvi Dzodinin (Harvey Dzodin) “South China Morning Post” üçün yazdığı məqalədə qeyd olunub.

"Azərbaycanın böyük neft istehsalçısı kimi enerji keçidi, Ermənistanla sülh səyləri və geostrateji mövqeyi BMT-nin İqlim Konfransında diqqət mərkəzində olacaq. COP29 iqlim konfransı Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək. COP28-in ev sahibi BƏƏ ilə müqayisədə, hələ ki, Azərbaycan barədə məlumat azdır, lakin bu tezliklə dəyişəcək. Şərqi Avropa ilə Qərbi Asiyanı birləşdirən Cənubi Qafqaz ölkəsi çoxqütblü dünyada orta güc statusuna iddialıdır", – məqalədə bildirilib.

Müəllif bildirib ki, Azərbaycan öz iqtisadi və geosiyasi mövqeyini gücləndirmək üçün Asiya ölkələri, xüsusilə Çinlə əlaqələrini möhkəmləndirir.

"İyulun əvvəlində Azərbaycan və Çin iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan həmçinin, Çin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır. Bu layihə Orta Dəhliz adı ilə tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas komponentidir. Bu marşrut İran və Rusiyadan yan keçərək Çin, Mərkəzi Asiya və Avropa arasında mükəmməl təchizat əlaqəsi vəd edir və 2040-cı ilədək daşımaların 4 dəfə artacağı proqnozlaşdırılır", – o əlavə edib.

Harvi Dzodin həmçinin qeyd edib ki, COP29 Konfransı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında artıq əhəmiyyətli nəticələr əldə etməyə kömək edib.

"Ötən ilin dekabrında Ermənistan, Azərbaycan tərəfindən COP-un Şərqi Avropa qrupuna üzvlüyünə dəstək müqabilində, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı müraciətə mane olmamağa razılıq verib. Onlar həmçinin “iki ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq niyyətlərini təsdiqləyirlər” barədə razılığa gəldilər. Azərbaycan Ermənistanı COP29-da iştirak etməyə rəsmi olaraq dəvət edib. İkitərəfli danışıqlarda, məsələn, sərhədlərinin müəyyən hissələrinin demarkasiyası kimi mühüm nailiyyətlər əldə olunub. Rusiya Federasiyasının Qazan şəhərində keçirilən son BRICS görüşündə hər iki lider sülh müqaviləsinin ən qısa müddətdə imzalanmasına bağlılıqlarını təsdiqləmək üçün görüşüblər", – o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri