Azərbaycan cüdoçusu bürünc medal qazandı

04.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın idmançısı Süleyman Şükürov uğurlu nəticə qazanıb. O, bürünc medala sahib çıxıb. 

Süleyman Şükürov ilk qarşılaşmasında Mixaylo Siminə (Serbiya) qalib gəlib. O, Senq-Min Kimi (Koreya) üstələyib və 1/4 finala adlayıb.

İdmançımız bu mərhələdə Coşua De Lanqı (Niderland) üstələyib. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu, Azərbaycanın yarışdakı ilk medalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью