Azərbaycan cüdoçusu bürünc medal qazandı
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın idmançısı Süleyman Şükürov uğurlu nəticə qazanıb. O, bürünc medala sahib çıxıb.
Süleyman Şükürov ilk qarşılaşmasında Mixaylo Siminə (Serbiya) qalib gəlib. O, Senq-Min Kimi (Koreya) üstələyib və 1/4 finala adlayıb.
İdmançımız bu mərhələdə Coşua De Lanqı (Niderland) üstələyib. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu, Azərbaycanın yarışdakı ilk medalıdır.

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazandı
16 Noyabr 2024 20:45
Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazandı
24 Yanvar 2025 01:01
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazandı Yeni Sabah
16 Noyabr 2024 23:42
Azərbaycan cüdoçusu qızıl medal qazandı
15 Noyabr 2024 19:31

