“Azərbaycan Dəmir Yolları” QSC qaynayır | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib.
İclası izləyən mənbənin Tribunainfo.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib.
Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub.
Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib.
Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb.
Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.
Tam oxu
Xəbəri oxu