Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları” QSC qaynayır

“Azərbaycan Dəmir Yolları” QSC qaynayır

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib.

İclası izləyən mənbənin Tribunainfo.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib.

Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib.

Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.

64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Həm də müəssisədə onlardan daha yaşlı – 66, hətta 70 yaşı ötmüş işçilər də var. Lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün onları saxlayaraq, əvəzində hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir.

Əmək münasibətlərində bu cür ayrı-seçkilik yolverilməzdir. İşçilər E.İsmayılovdan hansı səbəbdən işdən çıxarıldıqlarını soruşublar. Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əgər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”.

Qeyd edək ki, Almaz Əliyeva sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə bir il öncə vəzifəsindən azad edilib. Lakin Elxan İsmayılovun qara kassası olduğu üçün onu işsiz qoymayıb və “Çeşidləmə Təpəsi” adlanan fəaliyyət görstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.

Beləliklə, iclasda Almaz Əliyeva da iştirak edib. E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.

Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncuda işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını işçilərə dinlətdirib. Sevinc Məmmədova səs yazısında bildirir ki, “kim ərizə yazmasa, onları təqdimat ilə qovun işdən, getsin”.

Məsələnin ciddiyyətini nəzərə alaraq mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Mövzu ilə bağlı sorğumuzun cavablandırılacağı bildirilsə də, üzərindən 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, bizə heç bir cavab verilmədi(mənbə: pravda.az).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri