Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Mən çox nadir hallarda detektiv janrda nəsə oxuyuram.
Bu janrın bütün dünyada oxucuları çoxluq təşkil edir. Böyük oxucu kütləsinın detektiv-triller, macəra ədəbiyyatına marağı tükənməzdir.
Bu janrın tarixi olduqca qədimdir. Dünyanın ilk cinayəti Qabilin Habili öldürməsilə başlayır.
Qədim yunan dramaturqları Sofoklun “Çar Edip”, Evripidin “Medeya” əsərləri də cinayət motivləri üzərində yazılıb.
Dünya ədəbiyyatının nəhənglərindən sayılan Şekspirin “Hamlet” dramında kifayət qədər detektiv elementlər mövcuddur.
Bildiyiniz kimi, əsərdə Hamletin əmisi onun atasını öldürərək anasıyla izdivaca girir. Dostoyevskinin “Cinayət və cəza”sını xatırlayın.
Raskolnikov qoca sələmçini öldürdükdən sonra içində yatmış vicdan oyanır.
Detektiv bir janr olaraq Edqar Alen Podan sonra romançılığın bir növü kimi xarakterizə edilməyə başladı.