Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycan detektivi “Teatr meydanı”

Azərbaycan detektivi “Teatr meydanı”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mən çox nadir hallarda detektiv janrda nəsə oxuyuram. Bu janrın bütün dünyada oxucuları çoxluq təşkil edir. Böyük oxucu kütləsinın detektiv-triller, macəra ədəbiyyatına marağı tükənməzdir. 

Bu janrın tarixi olduqca qədimdir. Dünyanın ilk cinayəti Qabilin Habili öldürməsilə başlayır. Qədim yunan dramaturqları Sofoklun “Çar Edip”, Evripidin “Medeya” əsərləri də cinayət motivləri üzərində yazılıb. Dünya ədəbiyyatının nəhənglərindən sayılan Şekspirin “Hamlet” dramında  kifayət qədər detektiv elementlər mövcuddur. Bildiyiniz kimi, əsərdə Hamletin əmisi onun atasını öldürərək anasıyla izdivaca girir. Dostoyevskinin “Cinayət və cəza”sını xatırlayın. Raskolnikov qoca sələmçini öldürdükdən sonra içində yatmış vicdan oyanır.

Detektiv bir janr olaraq Edqar Alen Podan sonra romançılığın bir növü kimi xarakterizə edilməyə başladı. Dünyada detektiv janrın Yan Fleminq, Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braun kimi ustaları var. Çox az yazıçı var ki, öz əsərlərində kriminal süjetlərdən istifadə etməsin. Əvvəllər bu janrın hermetik detektiv növündən istifadə edirdilər. Yəni hadisələr qapalı, dar məkanlarda baş verirdi (evdə, qatarda, gəmidə və sair). Janr inkişaf etdikcə hadisələrin çevrəsi də genişlənməyə başladı. 

XX əsrdə detektiv janrının Jorj Simenon, Artur Konan Doyl, Aqata Kristi kimi nəhəngləri meydana çıxdı. Artur Konan Doyl Şerlok Holmsu, Aqata Kristi Erkül Pyaronu, Jorj Simenon isə komissar Meqreni yaratdılar. Bu obrazlar bu gün dünya oxucusunun sevimli obrazlarına çevrilib. 

XXI əsrdə detektiv-triller artıq yeni məna və məzmun kəsb etməyə başlayır, təhkiyə, süjet və struktur yenilənir. Bu gün yazılan detektiv romanlar klassik romanlardan əsaslı şəkildə fərqlənir. Yaxın günlərdə dəyərli yazıçımız Firuz Mustafanın “Qanun” nəşriyyatında çap olunmuş “Teatr meydanı” romanını oxuyub bitirdim. Nəfəskəsici süjet xəttindən əlavə romandakı zəngin informasiyanın bədii mətnin içində ustalıqla əridilməsi məni valeh etdi. Əsərdə özünü ən müxtəlif təhlükələrdən sığortalanmış sayan, lakin qəflətən fəlakətin bir addımlığında olduğunu görüb aciz görkəm alan insanların son dərəcə maraqlı obrazları yaradılıb. 

Müxtəlif mənbələrdən əldə olunan məlumatlar vasitəsilə yaradılan mozaikalardan bütöv bir təsvir yaranır. Yazıçının maraqlı personajlar sistemi də diqqət çəkir: onun qəhrəmanları, bir qayda olaraq, adi insanlardır. Oxucu üçün onların hərəkətləri daha asan başadüşüləndir - qəhrəmanların təbiəti və davranış stereotipləri ilə bağlı əlavə mühakimələr yürütməyə ehtiyac qalmır. Lakin burada hər şey birmənalı deyil - obrazlar, eyni zamanda müəllifin müxtəlif ideyalarının daşıyıcısıdır və insan psixikası ilə bağlı geniş müşahidələri təcəssüm etdirir.

İri şirkətlərdən birinin rəhbəri Dəmir Səlimovun oğlu oğurlanır və uşağın qaytarılması üçün ondan külli miqdarda pul tələb olunur. O qədər pul isə yoxdur. Hüquq-mühafizə orqanları işə cəlb olunur. Cinayətin izi Yerevana gedib çıxır.

Detektiv roman riyazi dəqiqlik tələb edir, hadisələrin inkişaf trayektoriyası tez-tez dəyişdiyindən müəllif maksimum dərəcədə diqqətli olmalıdır. Yazıçı hadisədən hadisəyə elə incə şəkildə keçir ki, oxucu da bu keçidlərdə xəfiyyəni qarabaqara izləməyə məcbur olur. Rufiz Çələbi romanda əsas fiqurlardan biridir. Məhz o, həyatını təhlükəyə ataraq cinayətkar şəbəkənin izinə düşür və onların ardınca Yerevana qədər gedib çıxa bilir. Qondarma adı “Mark Abramoviç” olan detektiv “Yaşa” ilə üz-üzə gəlir. Bu, əslən azərbaycanlı olan Yarməmməddir. O, “Yaşa” ləqəbi ilə tanınır, ermənilərə satılmış xaindir. Silsilə qətllər törətmiş residivistdir.  Günahsız uşaq da məhz onun əliylə oğurlanıb. “Yaşa” haqqında bundan artıq heç nə deyə bilməyəcəyəm. Maraqlananlar romanı oxuyub həqiqətlərdən agah ola bilərlər.

Rufiz Çələbi katalizator qəhrəman tipinə aiddir, supermendir. Qəhrəman arxetipi yazıçı üçün geniş üfüqlər açır. Yazıçı bu obrazı iki arxetipə bölür: Rufiz Çələbi, “Mark Abramoviç”. Bütün qəhrəmanlar macəra yolunda əngəllərlə üzləşirlər. Rufiz Çələbi isə ölüm təhlükəsi ilə üz-üzə qalır, işini icra etdikdən sonra düşmən ölkədən (mənəvi darısqallıqdan) çıxış yolları axtarır. Cinayətkarlar artıq ondan şübhələniblər, şəhərdə onunla bağlı axtarış elan edilib. Müəllif ustalıqla onun hərəkət trayektoriyasını çizir. 

Roman həm də 90-cı illər Ermənistanındakı başıpozuqluğu, hərc-mərcliyi, terrorçu qüvvələrin ölkəmizə qarşı qurduğu məkrli planları danılmaz faktlarla ortaya qoyur. Hadisələri həmin dövrün atmosferi ilə həmahəng şəkildə təqdim edir. Ermənilərin səhnə ulduzu Aqunik Papazyan və Şuşanik obrazları bədnam qonşularımızın iç üzünün açılması baxımından ifşaedici funksiya daşıyır. Teatr meydanında baş verənlər (Rufizin yuxusu) hayların  xəstə beyinlərində yaşatdığı və fürsət düşən kimi həyata keçirdikləri “həqiqətlərdir”. Ümumiyyətlə, bu cinayət hadisəsi bədii rakursdan məharətlə işlənib. 

Rufiz Çələbi amansız rəqibləri içində özünü itirmir, onlara qarışıb inamlarını qazanır və məqsədinə nail olur. Yazıçının xəyal gücü gərgin atmosferi sona qədər qoruyub saxlamağı bacarır. Texnika və üslub sayəsində hadisə bütöv bir bədii mətnə çevrilə bilir. Heç şübhəsiz, Firuz Mustafa detektiv üslubda romanlar yazmağa davam etsəydi, bu gün ölkənin ən çox oxunan yazıçılarından ola bilərdi. Hərçənd, qələmə aldığı “Qapı” və “Cənnət çiçəyi” romanları detektiv janrda olmasa belə, olduqca ciddi bədii mətnlərdir və hələ də öz araşdırıcılarını gözləyir. Bu isə başqa söhbətin mövzusudur.  

Qısası, əsərin sonunda ədalət zəfər çalır. Yazıçı Rufiz Çələbi ilə Vətənin sərhədində xudahafizləşir… Göydən üç alma düşmür, uzaq kəndin işıqları ovcuna süzülür… “Teatr meydanı”, Nazim Hikmətin təbirincə desək, “sonu mutluluqla bitən” kitablardandır.

Kənan HACI,
yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri