Azərbaycan dili milli kimliyin əsas daşıyıcısı və strateji dövlət siyasətinin mühüm tərkib…
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ana dili hər bir millətin varlığının təməl sütunlarından biri olmaqla yanaşı, heç vaxt unudulmayan, daim qürurla yad edilən ən qiymətli milli dəyərlərdən biridir.
Zaman-zaman müxtəlif çətinliklər və repressiyalarla üzləşən Azərbaycan xalqı bütün bunlara rəğmən öz doğma dilinə sahib çıxmış, onu qorumağı bacarmışdır.
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyini müəyyənləşdirən başlıca faktordur.
Cəmiyyətin yaranması və tərəqqisi ilə birgə formalaşan dil həm də xalqın mənəviyyatını və mədəni kimliyini əks etdirir.
Ana dili insanın fərdi inkişafında mühüm rol oynayır və bu baxımdan dil hər bir cəmiyyətin ən əziz mənəvi sərvətidir.
Xalqın keçmişi, mübarizəsi və ümumilikdə həyatı onun dili ilə ayrılmaz şəkildə bağlıdır.
Tarix boyu milli adət-ənənələr, dəyərlər məhz dil vasitəsilə nəsillərə ötürülmüşdür.
Tam oxu
Xəbəri oxu