Icma.az
close
up
RU
Azərbaycan dili milli kimliyin əsas daşıyıcısı və strateji dövlət siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan dili milli kimliyin əsas daşıyıcısı və strateji dövlət siyasətinin mühüm tərkib hissəsidir

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ana dili hər bir millətin varlığının təməl sütunlarından biri olmaqla yanaşı, heç vaxt unudulmayan, daim qürurla yad edilən ən qiymətli milli dəyərlərdən biridir. Zaman-zaman müxtəlif çətinliklər və repressiyalarla üzləşən Azərbaycan xalqı bütün bunlara rəğmən öz doğma dilinə sahib çıxmış, onu qorumağı bacarmışdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyini müəyyənləşdirən başlıca faktordur.

Cəmiyyətin yaranması və tərəqqisi ilə birgə formalaşan dil həm də xalqın mənəviyyatını və mədəni kimliyini əks etdirir. Ana dili insanın fərdi inkişafında mühüm rol oynayır və bu baxımdan dil hər bir cəmiyyətin ən əziz mənəvi sərvətidir. Xalqın keçmişi, mübarizəsi və ümumilikdə həyatı onun dili ilə ayrılmaz şəkildə bağlıdır. Tarix boyu milli adət-ənənələr, dəyərlər məhz dil vasitəsilə nəsillərə ötürülmüşdür. Hər bir xalqın dili onun milli kimliyini və etnik fərqliliyini ortaya qoyur. Dil eyni zamanda siyasi, mədəni və ictimai hadisələrlə sıx bağlı olaraq, bu sahələrdə baş verən dəyişiklikləri özündə əks etdirir. Bu baxımdan, dil tarixi müxtəlif mərhələlərə bölünür və bu mərhələlər həm daxili, həm də xarici amillərin təsiri ilə dəyişir. Qədim türk dillərindən olan Azərbaycan dili də bu dəyişikliklərdən keçmiş, tarixən zəngin mərhələlər yaşamışdır. Bütün dünya təcrübəsi sübut edir ki, millətin və dövlətin özünəməxsus dəyərləri əsasında formalaşan ana dili zamanla inkişaf edir və nüfuz qazanır. Azərbaycan dilinin də qədim tarixə söykənən formalaşma mərhələləri vardır. Türk dilləri içində ədəbi və ictimai mövqeyini möhkəmləndirərək inkişaf etmiş Azərbaycan dili bu zəngin irsin daşıyıcısıdır.

Azərbaycan dili öz xalqı ilə birlikdə inkişaf edərək müasir dövrdə çoxşaxəli və universal elm dili səviyyəsinə yüksəlmişdir. Gözəlliyi və ahəngi ilə seçilən bu dil keçmişimizi yaşadan və gələcəyə daşıyan nadir vasitələrdən biridir. Azərbaycan dili Altay dil ailəsinin oğuz qrupuna daxildir və qohum dilləri olan türk, qaqauz, türkmən dilləri ilə birgə bir çox ölkələrdə istifadə olunur. Hal-hazırda dünya üzrə təxminən 50 milyon insan Azərbaycan dilində danışır. Yazılı Azərbaycan dili XIII əsrdə formalaşmağa başlayaraq, XV-XVI əsrlərdə müstəqil ədəbi dil şəklində tam təşəkkül tapmışdır. O dövr böyük klassik şairlərimizin dilimizdə yazıb-yaratdıqları dövr olmuşdur. Azərbaycan dilinin təşəkkülündə qədim türk tayfalarının rolu olmuş, dilin ümumxalq forması isə VII-IX əsrlərdə formalaşmışdır. Müasir Azərbaycan dili qrammatik baxımdan türk dillərinin ümumi xüsusiyyətlərinə əsaslanır. Bu dil vasitəsilə mürəkkəb fikirləri incəliklə ifadə etmək mümkündür. Dilin lüğət bazasında türk mənşəli sözlər üstünlük təşkil etsə də, ərəb, fars, rus və Avropa dillərindən alınmış sözlər də mövcuddur. Dil xalqın yaratdığı dəyərdir, lakin onu yaşadan və inkişaf etdirən liderlər, böyük dövlət xadimləri olmuşdur. Dilin inkişafı onun statusu və istifadəsinin genişliyindən çox asılıdır. Dövlətlərin işğalı zamanı dil də zərər görür, sərhədləri məhdudlaşır, funksionallığını itirə bilər.
Müstəqillik illərində dil siyasətinə ciddi yanaşılmış, onun beynəlxalq sistemə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu sahədə ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq edilmişdir. 2001-ci ildə “Dövlət dilinin təkmilləşdirilməsi haqqında” fərman və eyni ildə imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə bağlı qərarlar dilimizin tətbiqi və qorunması sahəsində mühüm hadisələrdən olmuşdur. Həmin qərarla 1 avqust Azərbaycan əlifbası və dili günü elan olunmuş və latın qrafikalı əlifbaya keçid reallaşmışdır. Bu proses 2003-cü ildə qanunla dəstəklənmiş və dövlət tərəfindən maliyyələşdirilməsi təmin olunmuşdur. Cənab İlham Əliyevin 2004-cü ildə “Latın qrafikasında nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamla bu sahəyə olan diqqət bir daha təsdiq olunmuşdur. Bu nəşrlərin məktəb və kitabxanalara pulsuz paylanması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı əsasında dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri geniş şəkildə Azərbaycan dilində çap olunmuşdur. Bu addım milli dilimizin zənginləşdirilməsi və dünya mədəniyyətinə inteqrasiya baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixində imzaladığı sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiqlənmişdir. Proqramın adından da göründüyü kimi, onun əsas məqsədi ana dilimizin hərtərəfli inkişafını təmin etmək və dil siyasətinə dair tədbirləri dövrün çağırışlarına uyğun şəkildə reallaşdırmaqdır. Sənəddə vurğulanır ki, proqram Azərbaycan dilinin dövlət səviyyəsində dəstəklənməsini artırmaq, onun qloballaşma dövründə funksional imkanlarını genişləndirmək və dilin cəmiyyətdəki rolunu möhkəmləndirmək məqsədi daşıyır. Bu dövlət proqramı dilimizin tətbiq sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsi baxımından böyük fürsətlər yaradır. Eyni zamanda, qloballaşma şəraitində müxtəlif dillərin qarşılıqlı təsirlərinin öyrənilməsi məsələsinə də xüsusi diqqət yetirilir. Bu isə Azərbaycan dilçiliyinin dünya elm məkanına daha sıx şəkildə inteqrasiyasını təmin etməklə, yerli dilçi alimlərimizin beynəlxalq nüfuzunu artırmağa şərait yaradır.
Azərbaycan dili zəngin yazılı və şifahi irsə malik, dünya dilləri arasında özünəməxsus yeri olan, tarixi yaddaşı yaşadan, dərin mənəvi potensiala sahib olan dildir. Bu dil hər bir vətəndaşın həm borcu, həm də milli kimliyini qoruma vasitəsidir. Biz dilimizi sevməli, onu qorumalı və gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri