Azərbaycan Dövlət Uşaq Filarmoniyası ilk dəfə olaraq musiqi psixologiyası üzrə təlimlərə start verir!

22.01.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

26-31 Yanvar tarixlərində 15:00-da Psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Bahar Bəylərova-Ələkbərova tərəfindən müəllimlər üçün musiqi psixologiyası üzrə təlim kursları təşkil olunacaq.
İlkin olaraq musiqi müəllimləri üçün nəzərdə tutulmuş təlimdə musiqi dərsinin fərqindəlikli tədrisi anlayışı pedaqoji, psixoloji və elmi əsaslarla izah ediləcək.
Musiqinin bu gün gələcəyin şəxsiyyətlərinin və potensiallarının formalaşmasında oynadığı əvəzsiz rol, müasir musiqi elmi və psixoloji tədqiqatlar kontekstində təqdim olunacaq.
Təlim çərçivəsində musiqinin akademik nailiyyətlərin artırılmasına təsiri ilə yanaşı, diqqət, emosional tənzimləmə və psixoloji rifahın dəstəklənməsi mexanizmləri müzakirə ediləcək

Rəqs, vokal və alət ifası dərslərində musiqinin passiv terapevtik potensialının necə şüurlu şəkildə inteqrasiya olunacağı praktik nümunələrlə göstəriləcək.
Məqsəd musiqi dərsini yalnız fənn deyil, inkişaf etdirən, qoruyucu və formalaşdırıcı bir təlim mühiti kimi dərk etdirməkdir.
Beləliklə, təlimlər müəllimlərə şagirdlərlə daha sağlam emosional əlaqə qurmaq, motivasiyanı artırmaq və musiqi vasitəsilə stressi azaltmaq üçün praktik yanaşmalar
təqdim edəcək.

Təlimin sonunda əldə olunan bilik və bacarıqların effektivliyini qiymətləndirmək məqsədilə iştirakçılar arasında praktiki sorğu keçiriləcək.
Qeyd edək ki, silsilə təlimlər növbəti həftələrdə valideynlər və müxtəlif yaş qruplarına aid uşaqlar üçün də keçiriləcək. İştirak ödənişsiz olaraq, sadəcə qeydiyyatla həyata keçirilir. Müraciətlər usaqfilarmoniyası@gmail.com ünvanına göndərilə bilər
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью