Azərbaycan Dövlət Uşaq Filarmoniyası ilk dəfə olaraq musiqi psixologiyası üzrə təlimlərə start verir!
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
26-31 Yanvar tarixlərində 15:00-da Psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Bahar Bəylərova-Ələkbərova tərəfindən müəllimlər üçün musiqi psixologiyası üzrə təlim kursları təşkil olunacaq.
İlkin olaraq musiqi müəllimləri üçün nəzərdə tutulmuş təlimdə musiqi dərsinin fərqindəlikli tədrisi anlayışı pedaqoji, psixoloji və elmi əsaslarla izah ediləcək.
Musiqinin bu gün gələcəyin şəxsiyyətlərinin və potensiallarının formalaşmasında oynadığı əvəzsiz rol, müasir musiqi elmi və psixoloji tədqiqatlar kontekstində təqdim olunacaq.
Təlim çərçivəsində musiqinin akademik nailiyyətlərin artırılmasına təsiri ilə yanaşı, diqqət, emosional tənzimləmə və psixoloji rifahın dəstəklənməsi mexanizmləri müzakirə ediləcək
Rəqs, vokal və alət ifası dərslərində musiqinin passiv terapevtik potensialının necə şüurlu şəkildə inteqrasiya olunacağı praktik nümunələrlə göstəriləcək.
Məqsəd musiqi dərsini yalnız fənn deyil, inkişaf etdirən, qoruyucu və formalaşdırıcı bir təlim mühiti kimi dərk etdirməkdir.
Beləliklə, təlimlər müəllimlərə şagirdlərlə daha sağlam emosional əlaqə qurmaq, motivasiyanı artırmaq və musiqi vasitəsilə stressi azaltmaq üçün praktik yanaşmalar
təqdim edəcək.
Təlimin sonunda əldə olunan bilik və bacarıqların effektivliyini qiymətləndirmək məqsədilə iştirakçılar arasında praktiki sorğu keçiriləcək.
Qeyd edək ki, silsilə təlimlər növbəti həftələrdə valideynlər və müxtəlif yaş qruplarına aid uşaqlar üçün də keçiriləcək. İştirak ödənişsiz olaraq, sadəcə qeydiyyatla həyata keçirilir. Müraciətlər usaqfilarmoniyası@gmail.com ünvanına göndərilə bilər
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















