Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan yığması gələn il sentyabrın 5-də İslandiya səfəri ilə 8-ci dəfə dünya çempionatlarının seçmə mərhələlərində iştirakına start verəcək.
Hər halda bunu 8-ci cəhd adlandıra bilmərik. Millimiz seçmə mərhələdə nəyəsə nail olmağa heç bir zaman cəhd də göstərməyib, sadəcə seçmələrd
İdman.biz millimizin ötən 7 seçmə mərhələdə iştirakına nəzər salıb. 7 seçmə mərhələdə komandamız 66 oyun keçirib.
Bu oyunlarda 7 qələbə qazanıb, 15 görüşü heç-heçə başa vurub və 44 dəfə məğlub olub. Rəqiblərinin 122 qoluna qarşı cəmi 34 qol vurub.
Millimiz dünya çempionatı seçmələrində debütünü 1996-cı il iyunun 2-də Osloda Ullevaal stadionunda Norveç millisi ilə oyunla edib.
Artıq 7-ci dəqiqədə Solbakkenin dəqiq zərbəsi ilə qapısında ilk qolunu görən komandamız debütünü 0:5 hesablı məğlubiyyətlə edib.
Elə növbəti oyunda millimiz ilk qolunu vuraraq, mundial seçmələrində ilk qələbəsini qazanıb.