Icma.az
close
up
RU
Azərbaycan dünya çempionatlarının seçmə mərhələlərində STATİSTİKA İdman və Biz

Azərbaycan dünya çempionatlarının seçmə mərhələlərində STATİSTİKA İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan yığması gələn il sentyabrın 5-də İslandiya səfəri ilə 8-ci dəfə dünya çempionatlarının seçmə mərhələlərində iştirakına start verəcək. Hər halda bunu 8-ci cəhd adlandıra bilmərik. Millimiz seçmə mərhələdə nəyəsə nail olmağa heç bir zaman cəhd də göstərməyib, sadəcə seçmələrdə iştirak edib və ən yaxşı halda 1 dəfə iki komandanı qabaqlayaraq, 6 iştirakçı arasında 4-cü olub.

İdman.biz millimizin ötən 7 seçmə mərhələdə iştirakına nəzər salıb.

7 seçmə mərhələdə komandamız 66 oyun keçirib. Bu oyunlarda 7 qələbə qazanıb, 15 görüşü heç-heçə başa vurub və 44 dəfə məğlub olub. Rəqiblərinin 122 qoluna qarşı cəmi 34 qol vurub.

Millimiz dünya çempionatı seçmələrində debütünü 1996-cı il iyunun 2-də Osloda Ullevaal stadionunda Norveç millisi ilə oyunla edib. Artıq 7-ci dəqiqədə Solbakkenin dəqiq zərbəsi ilə qapısında ilk qolunu görən komandamız debütünü 0:5 hesablı məğlubiyyətlə edib.

Elə növbəti oyunda millimiz ilk qolunu vuraraq, mundial seçmələrində ilk qələbəsini qazanıb. Avqustun 31-də Bakıda Tofiq Bəhramov adına respublika stadionunda Vidadi Rzayev 28-ci dəqiqədə fərqlənməklə matçın yeganə qoluna imza atıb.

Startdan ardıcıl 18 səfər oyununda uduzan yığmamız ilk səfər xalını 4-cü turnirində - DÇ-2010-da Vadusda Lixtenşteyni 2:0 hesabı ilə yenməklə qazanıb.

Yeganə böyükhesablı qələbə 2017-ci il sentyabrın 4-də “Bakcell Arena”da San Marino üzərində olub – 5:1. Məhz həmin oyundan sonra millimiz dünya çempionatlarının seçmələrində qələbə üzünə həsrət qalıb. Yeni turnirin ilk oyunun gələn il sentyabrın 5-də olacağını nəzərə alsaq, qələbəsizlik seriyasının ən azından 8 il 1 gün çəkəcəyini deyə bilərik. Ancaq millimizin hazırkı durumunu, Millətlər Liqasında son çıxışlarını nəzərə alsaq, bu müddətin xeyli uzanacağını gözləmək olar.

Ən böyükhesablı məğlubiyyət 2005-ci il martın 26-da Polşa səfərində (0:8) gəlib. Ümumiyyətlə, komandamız 44 məğlubiyyətinin 16-sını böyük hesabla alıb.

Millimiz DÇ-2018 seçmələrində özünün qol rekordunu vurub. Futbolçularımız həmin turnirdə rəqib qapısına 10 dəfə yol tapıb. DÇ-2006-da isə cəmi 1 qol vurmağa gücü çatıb. Müdafiə xətti ən yaxşı çıxışını DÇ-2014-də edərkən göstərib və 11 qol buraxıb. DÇ-1998-dəki ilk cəhdində isə 8 oyuna 22 qol buraxmaqla antirekord vurub.

Yığmamızın ən yüksək mövqeyi DÇ-2014-ün seçmələrində 6 komanda arasında 4-cü yer olub. Ancaq həmin turnirdəki 1 qələbə və 6 heç-heçədən 9 xal qazanan yığmamızın daha yüksək xal toplaması növbəti seçmələrə təsadüf edib. O zaman 10 oyunda 3 qələbə və 1 heç-heçə ilə 10 xal toplayan millimiz 6 komanda arasında 5-ci olub. Elə həmin yarışda komandamız özünün qələbə rekordunu vurub – 3. Digər illərdə Azərbaycan yığması 4 dəfə 1 qələbə ilə kifayətlənib, DÇ-2006 və DÇ-2022 seçmələrində isə qələbəyə həsrət qalıb.

Komandamızın ən zəif çıxışı son mundialın seçmələrində cəmi 1 xal qazanarkən olub. 7 turnirin 5-də 7 dəfə məğlub olan millimiz ən az məğlubiyyəti (3) DÇ-2014-ün seçmələrində alıb.

DÇ

O

Q

H

M

T/F

X

1998

8

1

0

7

3-22

3

2002

10

1

2

7

4-17

5

2006

10

0

3

7

1-21

3

2010

10

1

2

7

4-14

5

2014

10

1

6

3

7-11

9

2018

10

3

1

6

10-19

10

2022

8

0

1

7

5-18

1

Cəmi

66

7

15

44

34-122

36

Vüqar Məmmədov
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Dekabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri