Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. “Azərbaycanla Ermənistan arasında sülh prosesi sürətlə inkişaf edir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması barədə danışarkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycanla Ermənistan arasında yeni dövr başlayıb: “Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması və AZAL-a məxsus təyyarənin İrəvanda eniş etməsi mühüm hadisədir.
Həmin təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri aparıb.
Bütün bunlar iki ölkə arasında yeni dövrün başladığını göstərir”.
Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə təşəkkür etməsindən də danışıb: “Bu, artıq tərəflər arasındakı münasibətlərin düşmənçilik mərhələsindən normal və işgüzar qonşuluq münasibətlərinə keçidi kimi qiymətləndirilə bilər.
Hesab edirəm ki, ölkəmiz üzərindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verilməsi çox mühümdür”.
Taleh Əliyev diqqətə çatdırıb ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək: “Rusiya da bu seçkilərə çox ciddi hazırlaşır.