Icma.az
close
up
RU
Azərbaycan Emənistana qadağanı götürdü: NƏ OLACAQ?

Azərbaycan Emənistana qadağanı götürdü: NƏ OLACAQ?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycanla Ermənistan arasında sülh prosesi sürətlə inkişaf edir”. 

Bu sözləri Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması barədə danışarkən deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycanla Ermənistan arasında yeni dövr başlayıb: 

“Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması və AZAL-a məxsus təyyarənin İrəvanda eniş etməsi mühüm hadisədir. Həmin təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri aparıb. Bütün bunlar iki ölkə arasında yeni dövrün başladığını göstərir”. 

Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə təşəkkür etməsindən də danışıb: 

“Bu, artıq tərəflər arasındakı münasibətlərin düşmənçilik mərhələsindən normal və işgüzar qonşuluq münasibətlərinə keçidi kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, ölkəmiz üzərindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verilməsi çox mühümdür”. 

Taleh Əliyev diqqətə çatdırıb ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək: 

“Rusiya da bu seçkilərə çox ciddi hazırlaşır. Ən azından 200 ildir nəzarətində olan Ermənistanın Aspostol kilsəsini və siyasi müxalifəti prosesə qoşmaqla Paşinyanı devirmək istəyir. 

Bundan başqa, Kreml Rusiyada yaşayan erməniəsilli milyarderləri də prosesə cəlb etməklə Ermənistanda yeni siyasi güclərin formalaşmasına çalışır. Moskva bu gün Azərbaycanla sülhün əldə olunmasında və bölgədə dinc yaşamaqda maraqlı olan Nikol Paşinyan hakimiyyətinin devrilməsi üçün addımlar atır. 

Lakin bizim üçün Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına və regionda dinc yaşamağa sabit olan qüvvələrin hakimiyyətdə qalmaları maraqlıdır. Əksinə, onların xalqla bütövləşərək, Azərbaycanla münasibətlərin normallaşmasına zəmanətçi kimi çıxış etmələri üçün addımlar atıla bilər. 

Rəsmi Bakı tranzit yüklərin ölkəmiz üzərindən Ermənistana daşınmasına icazə verərək Ermənistanda sülh istəyən qüvvələrə dəstək vermiş oldu. Bu da hər iki ölkənin və xalqın milli maraqlarına uyğundur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri