“Azərbaycan ən nümunəvi ölkə kimi qeyd olunacaq”

17.09.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini ibadət yerləri və dini abidələrin ətrafında arxeoloji qazıntılar həyata keçiririk. 

AZXEBER.COM xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu qazıntılar tarixi mənbələrin və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində kifayət qədər geniş fəaliyyətin həyata keçirilməsinə imkan verir.

Burada həm beynəlxalq ekspedisiyalar cəlb olunub, həm də bizim yerli alimlərimiz, tədqiqatçılarımız və arxeoloqlarımız prosesə cəlb olunaraq intensiv fəaliyyət həyata keçirirlər.

Əminəm ki, qısa müddət ərzində ölkəmiz məhz tarixi abidələrin, eləcə də tarixi-dini abidələrin qorunması sahəsində dünyada nümunəvi ölkələrdən biri kimi göstəriləcək. Bütün platformalarda və beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycan ən nümunəvi ölkə kimi qeyd olunacaq. Çünki biz bu nümunəni özümüz yaradırıq.

Bizim tolerantlıq mühitimiz və multikultural dəyərlərimiz necə ki, bir model və istinad mənbəyidir, düşünürəm ki, tarixi-dini abidələrin qorunması ilə bağlı formalaşdırdığımız mexanizm də qısa müddətdə nümunəvi mexanizm kimi digər dövlətlər tərəfindən tətbiq ediləcək.

Şahanə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью