“Azərbaycan ən nümunəvi ölkə kimi qeyd olunacaq”
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dini ibadət yerləri və dini abidələrin ətrafında arxeoloji qazıntılar həyata keçiririk.
AZXEBER.COM xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu qazıntılar tarixi mənbələrin və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində kifayət qədər geniş fəaliyyətin həyata keçirilməsinə imkan verir.
Burada həm beynəlxalq ekspedisiyalar cəlb olunub, həm də bizim yerli alimlərimiz, tədqiqatçılarımız və arxeoloqlarımız prosesə cəlb olunaraq intensiv fəaliyyət həyata keçirirlər.
Əminəm ki, qısa müddət ərzində ölkəmiz məhz tarixi abidələrin, eləcə də tarixi-dini abidələrin qorunması sahəsində dünyada nümunəvi ölkələrdən biri kimi göstəriləcək. Bütün platformalarda və beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycan ən nümunəvi ölkə kimi qeyd olunacaq. Çünki biz bu nümunəni özümüz yaradırıq.
Bizim tolerantlıq mühitimiz və multikultural dəyərlərimiz necə ki, bir model və istinad mənbəyidir, düşünürəm ki, tarixi-dini abidələrin qorunması ilə bağlı formalaşdırdığımız mexanizm də qısa müddətdə nümunəvi mexanizm kimi digər dövlətlər tərəfindən tətbiq ediləcək.
Şahanə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















