Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur ŞƏRH | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin iyununda Bakıda keçirilən 30-cu yubiley Bakı Enerji Həftəsi sadəcə sərgi və forum deyil, həm də ölkənin enerji strategiyasının yenilənmiş vizionunun nümayişi idi.
Neft-qaz sektorunda uzun illər boyu formalaşmış təcrübənin üzərində qurulan bu yeni mərhələ yaşıl enerji keçidi, enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq istiqamətində Azərbaycanı daha strateji mövqeyə gətirməkdədir.Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının və Prezident İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir.
Məhz bunun nəticəsidir ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında Azərbaycanın enerji siyasətində əldə etdiyi nəticələrə və yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan məqsədlərə toxunaraq, ölkənin artıq həm ənənəvi enerji resurslarında, həm də bərpa olunan enerji sektorunda regional lider olduğunu bir daha vurğuladı.
Çıxışda təkcə ümumi nailiyyətlər deyil, həm də strukturlaşmış bir enerji modelinin əsas prinsipləri ifadə olunurdu: davamlılıq, diversifikasiya və strateji tərəfdaşlıq.Prezident İlham Əliyev tədbirin açılışında bildirdi ki, ilk neftqaz sərgisi 1994 – cü ildə təşkil edimişdir və həmin sərgidən sonra Azərbaycan Beynəlxalq Neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılanregionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bu müqavilə regionda yeni əməkdaşlıq formatlarının əsasını qoyuldu.
1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, Azərbaycanın müstəqillik qazandıqdan sonra xarici sərmayələri cəlb etmək məqsədilə həyata keçirdiyi ilk böyük təşəbbüslərdən biri idi.
Sözü gedən sərgi, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir.
Tam oxu
Xəbəri oxu