Icma.az
close
up
RU
Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur ŞƏRH

Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin iyununda Bakıda keçirilən 30-cu yubiley Bakı Enerji Həftəsi sadəcə sərgi və forum deyil, həm də ölkənin enerji strategiyasının yenilənmiş vizionunun nümayişi idi. Neft-qaz sektorunda uzun illər boyu formalaşmış təcrübənin üzərində qurulan bu yeni mərhələ yaşıl enerji keçidi, enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq istiqamətində Azərbaycanı daha strateji mövqeyə gətirməkdədir.Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının və Prezident İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir. Məhz bunun nəticəsidir ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında Azərbaycanın enerji siyasətində əldə etdiyi nəticələrə və yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan məqsədlərə toxunaraq, ölkənin artıq həm ənənəvi enerji resurslarında, həm də bərpa olunan enerji sektorunda regional lider olduğunu bir daha vurğuladı. Çıxışda təkcə ümumi nailiyyətlər deyil, həm də strukturlaşmış bir enerji modelinin əsas prinsipləri ifadə olunurdu: davamlılıq, diversifikasiya və strateji tərəfdaşlıq.Prezident İlham Əliyev tədbirin açılışında bildirdi ki, ilk neftqaz sərgisi 1994 – cü ildə təşkil edimişdir və həmin sərgidən sonra Azərbaycan Beynəlxalq Neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılanregionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu müqavilə regionda yeni əməkdaşlıq formatlarının əsasını qoyuldu.

1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, Azərbaycanın müstəqillik qazandıqdan sonra xarici sərmayələri cəlb etmək məqsədilə həyata keçirdiyi ilk böyük təşəbbüslərdən biri idi. Sözü gedən sərgi, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. Həmin dövrlərdə Azərbaycan xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkəmiz ciddi iqtisadi çətinliklərlə üzləşirdi və beynəlxalq investorların diqqətini cəlb etmək üçün mühüm islahatlara ehtiyac vardı. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi. Ulu Öndərin gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır. Dövlətimizin enerji siyasəti strateji tərəfdaşlıq modelinə əsaslanaraq ölkəmizə iqtisadi dividendlər və uzunmüddətli geosiyasi sabitlik gətirdi. Bir çox Avropa ölkələri tərəfindən Azərbaycanın etibarlı təchizatçı kimi tanınması da məhz bu siyasətin təzahürüdür.Azərbaycanın neft və qaz sektoru artıq uzun müddətdir ki, ölkənin əsas ixrac gəliri mənbəyi olmaqla yanaşı, regional enerji təhlükəsizliyinin formalaşmasında da həlledici rol oynayır. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələri sayəsində Azərbaycan təkcə Avrasiyanın enerji xəritəsində deyil, Avropanın enerji təminatında da sabitləşdirici bir aktora çevrilmişdir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın beynəlxalq enerji bazarlarında oynadığı rolu əsaslı şəkildə dəyişdirib. Bu layihənin icrası nəticəsində Xəzər dənizindən Avropa bazarlarına uzanan çoxşaxəli və etibarlı infrastruktur formalaşdırılıb Lakin bugünkü reallıqlar bu uğurlu modeli təkmilləşdirməyi tələb edir. Qlobal iqlim çağırışları, yaşıl enerjiyə keçidin qaçılmazlığı və beynəlxalq maliyyə mexanizmlərinin dəyişməsi fonunda enerji siyasətinin tək sütun üzərində yox, çoxşaxəli dayanıqlı platformalar üzərində qurulması aktuallaşır.Hazırda 12 ölkəyə təbii qaz ixracı həyata keçirilir və bu rəqəmin daha da artırılması planlaşdırılır. Ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçid son illərin prioritetlərindən biridir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi bu sahədə qəti iradənin göstəricisidir. Bu regionlarda külək, günəş və hidroenerji potensialından istifadə edilməklə ekoloji cəhətdən təmiz enerji istehsalı nəzərdə tutulur. Beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr nəticəsində 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı planlaşdırılıb.
Azərbaycanın "yaşıl enerji" gündəliyi, bərpa olunan enerji mənbələrinin inkişafını və iqlim dəyişikliyinə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyev, bu sahədəki hədəfləri enerji potensialını "çox iddialı" olaraq qiymətləndirir.
Azərbaycan hökuməti neft-qaz gəlirlərinin idarə olunmasında çevik və məsuliyyətli yanaşmanı qoruyaraq, eyni zamanda yaşıl enerji sahəsində ambisiyalı layihələrə start vermişdir. Prezidentin çıxışında qeyd olunan Qaradağ Günəş Elektrik Stansiyası, “yaşıl enerji zonaları” konsepsiyası bu baxımdan ciddi siyasi iradənin göstəricisidir. Ölkənin azad edilmiş ərazilərində planlaşdırılan günəş və külək stansiyaları təkcə enerji təchizatı deyil, həm də regional inkişaf və sosial-iqtisadi canlanma baxımından strateji əhəmiyyət daşıyır.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel və müzakirələr də göstərdi ki, enerji sektoru artıq təkcə mühəndislik sahəsi deyil, iqtisadiyyat, hüquq, maliyyə və texnologiyanın sintezini tələb edən kompleks bir sahəyə çevrilmişdir. Enerji siyasətinin mərkəzində insan və gələcək nəsillər dayanmalıdır. Azərbaycanın enerji resursları nə qədər zəngin olsa da, bu zənginlikdən effektiv istifadə, resursların ədalətli bölgüsü, ətraf mühitin qorunması və sosial rifahın yüksəldilməsi əsas məqsəd olmalıdır. Bakı Enerji Həftəsi də məhz bu hədəfləri güdən və Azərbaycanın beynəlxalq imicini gücləndirən bir hadisə kimi tarixə düşdü.

Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri