Azərbaycan Ermənistana tranzit yolu açıb “Yolu yaxın, yükü yüngül“ ŞƏRH | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Azərbaycan dövlət başçısı deyib: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: "Bu sülh region üçün çox vacibdir".
N.Paşinyan bu layihənin yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addım olduğunu qeyd edərək onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolunun açılacağını da vurğulayıb.
Paşinyanın sözlərinə görə, gələcəkdə Ermənistan ərazisi vasitəsilə Azərbaycandan-Azərbaycana (Naxçıvana), həmçinin Azərbaycan-Ermənistan-Türkiyə istiqamətində boru kəmərləri və elektrik təchizatı xətləri inşa ediləcək.
Tam oxu
Xəbəri oxu