Icma.az
close
up
RU
Azərbaycan Ermənistana tranzit yolu açıb “Yolu yaxın, yükü yüngül“ ŞƏRH

Azərbaycan Ermənistana tranzit yolu açıb “Yolu yaxın, yükü yüngül“ ŞƏRH

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Azərbaycan dövlət başçısı deyib: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: "Bu sülh region üçün çox vacibdir".

N.Paşinyan bu layihənin yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addım olduğunu qeyd edərək onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolunun açılacağını da vurğulayıb. Paşinyanın sözlərinə görə, gələcəkdə Ermənistan ərazisi vasitəsilə Azərbaycandan-Azərbaycana (Naxçıvana), həmçinin Azərbaycan-Ermənistan-Türkiyə istiqamətində boru kəmərləri və elektrik təchizatı xətləri inşa ediləcək.

Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu bir daha nümayiş etdirir. O, torpaqlarını işğaldan azad etməklə bölgəyə sülh, təhlükəsizlik, əməkdaşlıq və rifah gətirib.

Ermənistanla sülhün əldə edilməsi, bununla bağlı artıq paraflanmış sazişin mətni, iki ölkə arasında normallaşma prosesi rəsmi Bakının təşəbbüsü ilə reallaşır, indi isə o, qonşu ölkəyə yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu, Azərbaycanın özünə güvənindən irəli gəlir. O, qarşı tərəfin oxşar addım atmasını gözləmədən, kommunikasiya xəttini heç bir əlavə müdaxilə, xarici təşəbbüs olmadan açıb.

Rəsmi Bakının bu addımı Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət edir. Azərbaycan bununla öz gücünə arxayınlıq göstərib. Çünki Ermənistan kommunikasiya xətlərinin açılması məsələsində uzun müddətidir gah şimala, gah cənubi baxır. Bakı Tranzit məhdudiyyətlərini aradan qaldırmaqla rəsmi İrəvanı bu tərəddüdlərdən də xilas edib. Bu, həm də Ermənistana yeni yolun açılmasının başlanğıcıdır və ölkələr arasında etimad mühitinin inkişafına yardım edəcək.

Prezident İlham Əliyev sözügedən tədbirdə Zəngəzur dəhlizi ilə bağlı deyib: "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".

Bu dəhlizin təşəbbüsçüsü Azərbaycan və Türkiyədir. İran və regiondankənar bir sıra dövlətlər müxtəlif bəhanələrlə bu layihənin reallaşmasına qarşı çıxış edirdilər. İsam Respublikasında Prezident Məsud Pezeşkian bu məsələnin şişirdilməsinə ehtiyac olmadığını deməklə "gölə daş atmışdı".

Zəngəzur dəhlizi layihəsinin reallaşması dünyanın başqa bölgələri ilə Ermənistanın tranzit əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu baxımdan, Prezidentin məlum açıqlamasında hər iki məsələnin vurğulanması məntiqi ardıcıllıqdır. Bu, Ermənistan hakimiyyətinə Vaşinqtonda əldə edilmiş razılaşmaların reallaşması istiqamətində atılacaq addımların icrasının əməli nümunəsidir.

Yeri gəlmişkən, Azərbaycan başqa tranzit dəhlizlərin açılması və inkişafına da maraq göstərir. Bu istiqamətdə real işlər görülüb. Baş nazirin müavini Şahin Mustafayev bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı bildirib ki, Azərbaycanla İran arasında Araz çayı üzərində körpünün tikintisi bu ilin sonunadək yekunlaşa bilər.

Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən, Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək.

Azərbaycandan həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi keçir. Bu onun regiondan keçən tranzit yollarının inkişafında, yeni layihələrin reallaşmasında əhəmiyyətini göstərir. "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı" da mövcuddur.


Bütün bunlar rəsmi Bakının tranzit yükdaşımalara dair layihələrə marağının göstəricisidir.

Azərbaycan yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaqla Ermənistanın Türküstanla (Mərkəzi Asiya) iqtisadi-ticarət əlaqələrinin məsafə və müddətini xeyli azaldır. Ermənistan bu bölgə ilə əsasən Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran marşrutu ilə əlaqə saxlayır. Çinin "Xorqos" sərhəd-keçid məntəqəsi vasitəsilə Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu ilə yükdaşımalar 20 günə qədər davam edir.

Azərbaycan Ermənistan və Şərqi Asiya dövlətləri arasında yükdaşımaların müddətinin azalması istiqamətində vacib rola malik olacaq. Rəsmi Bakı tranzit yükdaşımaları ilə bağlı məhdudiyyəti aradan qaldırmaqla qonşu ölkənin iqtisadi-ticarət sahəsində müstəqilliyinə də yol açıb. Bu, Ermənistanın Rusiyadan iqtisadi asılılığını azalda, yeni bazarlara çıxması üçün əlavə imkanlar yarada bilər.

Odur ki, tranzit yük daşımalara məhdudiyyəti aradan qaldıran Azərbaycan Zəngəzur dəhlizi layihəsinin reallaşmasını sürətləndirir. Bu baxımdan, yaranmış vəziyyət üçün "Yolu yaxın, yükü yüngül" atalar sözü daha uyğun gəlir. Azərbaycan Ermənistanın yükünü yüngülləşdirir...

Sədrəddin İsmayılov,

Report.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see213

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see176

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see168

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see161

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see160

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri