Azərbaycan Estoniya münasibətlərinin əsas dayaqları, qarşılıqlı etimad və beynəlxalq hüquq…
Icma.az bildirir, Bizimyol portalına istinadən. "Estoniya Azərbaycanda öz səfirliyini təsis edəcək".
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında məlumat verib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər bu gün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsipləri üzərində formalaşıb: “Bu əlaqələr iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu ilk illərdən etibarən ardıcıl şəkildə inkişaf edib, siyasi dialoq, iqtisadi əməkdaşlıq, texnoloji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm addımlar atılıb”.
Mehriban Vəliyeva Mehriban Vəliyeva qeyd edib ki, Estoniya tərəfinin yaxın zamanda Azərbaycanda tamhüquqlu səfirlik açmaq niyyəti də bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bu qərar təkcə diplomatik əlaqələrin rəsmi müstəvisində deyil, həm də iki dövlətin gələcək münasibətlərinin daha geniş və səmərəli çərçivədə inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.
“Azərbaycan-Estoniya münasibətlərinin əsas dayaqları, qarşılıqlı etimad və beynəlxalq hüquqa sadiqlikdir.
Hər iki ölkə Avropa məkanında demokratik dəyərlərə, insan hüquqlarına, beynəlxalq təhlükəsizliyin qorunmasına və regional əməkdaşlığa önəm verir.
Azərbaycan üçün Estoniya, Avropa İttifaqı və Baltik regionu ilə əlaqələrin inkişafında mühüm tərəfdaşlardan biridir.
Bu əməkdaşlıq informasiya texnologiyaları, rəqəmsal idarəetmə, təhsil, enerji təhlükəsizliyi və iqtisadi islahatlar kimi strateji sahələri də əhatə edir.
Tam oxu
Xəbəri oxu