Icma.az
close
up
RU
Azərbaycan Estoniya münasibətlərinin əsas dayaqları, qarşılıqlı etimad və beynəlxalq hüquqa sadiqlikdir

Azərbaycan Estoniya münasibətlərinin əsas dayaqları, qarşılıqlı etimad və beynəlxalq hüquqa sadiqlikdir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"Estoniya Azərbaycanda öz səfirliyini təsis edəcək". Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında məlumat verib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər bu gün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsipləri üzərində formalaşıb: “Bu əlaqələr iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu ilk illərdən etibarən ardıcıl şəkildə inkişaf edib, siyasi dialoq, iqtisadi əməkdaşlıq, texnoloji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm addımlar atılıb”.

Mehriban Vəliyeva

Mehriban Vəliyeva qeyd edib ki, Estoniya tərəfinin yaxın zamanda Azərbaycanda tamhüquqlu səfirlik açmaq niyyəti də bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bu qərar təkcə diplomatik əlaqələrin rəsmi müstəvisində deyil, həm də iki dövlətin gələcək münasibətlərinin daha geniş və səmərəli çərçivədə inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan-Estoniya münasibətlərinin əsas dayaqları, qarşılıqlı etimad və beynəlxalq hüquqa sadiqlikdir. Hər iki ölkə Avropa məkanında demokratik dəyərlərə, insan hüquqlarına, beynəlxalq təhlükəsizliyin qorunmasına və regional əməkdaşlığa önəm verir. Azərbaycan üçün Estoniya, Avropa İttifaqı və Baltik regionu ilə əlaqələrin inkişafında mühüm tərəfdaşlardan biridir. Bu əməkdaşlıq informasiya texnologiyaları, rəqəmsal idarəetmə, təhsil, enerji təhlükəsizliyi və iqtisadi islahatlar kimi strateji sahələri də əhatə edir. Estoniyanın elektron hökumət təcrübəsi və rəqəmsal transformasiya modeli Azərbaycanda həyata keçirilən “Rəqəmsal dövlət” və “Açıq hökumət” təşəbbüsləri üçün faydalı nümunə kimi dəyərləndirilir”-deyə deputat vurğulayıb.

“Bu gün Azərbaycan xarici siyasət sahəsində balanslaşdırılmış və çoxşaxəli kurs yürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə nüfuzunu və etibarlılığını daha da möhkəmləndirib. Azərbaycan regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın təşviqində mühüm rol oynayır. Xarici siyasətin prioritet istiqamətlərindən biri həm ikitərəfli, həm də çoxtərəfli diplomatik əlaqələrin gücləndirilməsi, dost və tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafıdır. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunur”-deyə Mehriban Vəliyeva bildirib.

Deputatın sözlərinə görə, parlamentlərarası dostluq qrupları bu prosesin mühüm tərkib hissəsidir: “Azərbaycan Respublikası Milli Məclisi ilə Estoniya parlamenti arasında qurulan dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli əlaqələrin inkişafında mühüm körpü rolunu oynayır. Bu dostluq qrupları vasitəsilə qanunverici orqanlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılır, beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqelərinə dəstək verilir və xalqlar arasında qarşılıqlı anlaşma gücləndirilir. Uğurlu parlament diplomatiyası təkcə dövlətlərarası əlaqələrin siyasi müstəvisini deyil, həm də cəmiyyətlərarası etimadı və əməkdaşlıq ruhunu möhkəmləndirir”.

Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan–Estoniya münasibətlərinin gələcəyi daha dinamik və çoxşaxəli əməkdaşlığa əsaslanacaq: “Rəqəmsal iqtisadiyyat, yaşıl enerji, mədəniyyət və təhsil sahələrində qarşılıqlı layihələrin genişlənməsi, biznes əlaqələrinin intensivləşməsi və insan amilinə yönələn təşəbbüslər bu əlaqələrin gələcəyini müəyyən edəcək əsas istiqamətlərdəndir. Estoniyanın Azərbaycanda səfirlik açması bu prosesləri daha da sürətləndirəcək, həm diplomatik, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin institusional əsaslarını möhkəmləndirəcək”.

Deputat Mehriban Vəliyeva bildirib ki, Azərbaycan–Estoniya münasibətləri qarşılıqlı hörmət, səmimiyyət və strateji baxış üzərində qurulmuş əməkdaşlıq nümunəsidir: “Bu münasibətlərin daha da inkişafı Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin və Azərbaycan dövlətinin beynəlxalq müstəvidə artan rolunun məntiqi davamıdır: “Azərbaycanın uğurlu xarici siyasəti, o cümlədən parlamentlərarası diplomatiyada əldə edilən nailiyyətlər bir daha göstərir ki, ölkəmiz dünyada etibarlı, prinsipial və gələcəyə yönəlik tərəfdaş kimi mövqeyini getdikcə gücləndirir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri