Azərbaycan flora və faunasının qorunması üçün önəmli tədbirlər görülür | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkındakı 5 bəbirin görüntüsü paylaşılıb.
Paylaşımda bildirilib ki, Fond 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparır.
İlk dəfədir ki, kameralara 5 bəbir bir yerdə düşür: "Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır.
Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".
Bəbir (Panthera pardus) - Dünyadakı bəbir yarım növlərinin ölçücə ən böyüyüdür, bu pişik həmçinin ölkəmizdə ən iri pişikkimidir.
Sarı-qızılı kürkü üzərində qara rozetləri (xalları) olan bu pişik iri ölçüsünə, cəldliyinə, uzun quyruğuna görə seçilir.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərindən biri də Milli parklardır.
Tam oxu
Xəbəri oxu