Icma.az, Apa.az portalına istinadən məlumat verir. Azərbaycan müstəqillik qazanandan dövlətçiliyimiz həm daxildən, həm də xaricdən dəfələrlə
Ötən 34 il ərzində ölkədə çevriliş, xaos, vətəndaşı müharibəsi yaratmaq cəhdləri baş verib.
Azərbaycanın müstəqillik dövrünün ilk illəri həm daxili sabitlik, həm də xarici təzyiqlər baxımından ən çətin mərhələlərdən idi.
1994-cü ilin oktyabrın 3-4-də ölkədə dövlət çevrilişinə cəhd edilməsi bu təzyiqlərin bariz nümunəsidir.
O dövrdə Ermənistanla davam edən müharibə, iqtisadi tənəzzül və daxili siyasi parçalanma fonunda Azərbaycan xalqı yenidən Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyi qorudu.
Xalqın birliyi, həmrəyliyi və vətənpərvərliyi qiyamın qarşısını qətiyyətlə aldı.
Bununla belə, daxildəki bəzi antimilli qüvvələr və xaricdən yönləndirilən siyasi dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmirdilər.
Müstəqil enerji siyasəti, xarici şirkətlərlə əməkdaşlıq, iqtisadi islahatlar onların maraqlarına zidd idi.