Azərbaycan güləşçiləri Qazaxıstanda 2 qızıl medal qazanıblar | Icma.az
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr olunmuş turnirdə 2 qızıl medal qazanıblar.
“Ölkə.az” xəbər verir ki, Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 500-dən artıq idmançı mübarizə aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu