Azərbaycan güləşçiləri Qazaxıstanda 2 qızıl medal qazanıblar
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr olunmuş turnirdə 2 qızıl medal qazanıblar.
“Ölkə.az” xəbər verir ki, Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 500-dən artıq idmançı mübarizə aparıb.

