Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Gürcüstan arasında dostluq tarix boyu möhkəm köklərə sahib olmuş, bugünsə bu əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə daha da inkişaf edir.
Hər iki dövlət regionda sabitlik, təhlükəsizlik və iqtisadi rifah üçün əhəmiyyətli rol oynayır.İki ölkə arasında münasibətlərin əsası dərin tarixə dayanır.
Orta əsrlərdə iki xalq arasında ticarət yolları üzərində formalaşan əlaqələr müdafiə və mədəni sahələrdə birgə inkişafı stimullaşdırıb.
Qafqazın bu iki xalqı təbii olaraq bir-birini tamamlayan özəlliklərə malikdir.
Gürcüstanın xristian aləminə mənsubluğu və Azərbaycanın islam çərçivəsindəki dəyərləri bu iki xalq arasında dini tolerantlıq üçün nümunəvi əlaqələr yaradmışdır.
Diplomatik münasibətlər 1992-ci ildə qurulub və o zamandan bəri dostluq prinsiplərinə sadiqdir.
Hər iki dövlət GUAM kimi beynəlxalq təşkilatlarda yaxından çıxış edir, regionda birgə layihələri irəli sürür.