Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan əlaqələri qarşılıqlı dəstək və yaxın əməkdaşlıq əsasında qurulub

Azərbaycan Gürcüstan əlaqələri qarşılıqlı dəstək və yaxın əməkdaşlıq əsasında qurulub

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Gürcüstan arasında dostluq tarix boyu möhkəm köklərə sahib olmuş, bugünsə bu əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə daha da inkişaf edir. Hər iki dövlət regionda sabitlik, təhlükəsizlik və iqtisadi rifah üçün əhəmiyyətli rol oynayır.İki ölkə arasında münasibətlərin əsası dərin tarixə dayanır. Orta əsrlərdə iki xalq arasında ticarət yolları üzərində formalaşan əlaqələr müdafiə və mədəni sahələrdə birgə inkişafı stimullaşdırıb. Qafqazın bu iki xalqı təbii olaraq bir-birini tamamlayan özəlliklərə malikdir. Gürcüstanın xristian aləminə mənsubluğu və Azərbaycanın islam çərçivəsindəki dəyərləri bu iki xalq arasında dini tolerantlıq üçün nümunəvi əlaqələr yaradmışdır.

Diplomatik münasibətlər 1992-ci ildə qurulub və o zamandan bəri dostluq prinsiplərinə sadiqdir. Hər iki dövlət GUAM kimi beynəlxalq təşkilatlarda yaxından çıxış edir, regionda birgə layihələri irəli sürür. Regionda təhlükəsizlik sisteminin qurulmasında iki dövlətin əməkdaşlıq vəzifəsi əhəmiyyətlidir. Hər iki ölkə özəlliklə Cənub Qaz Dəhlizi kimi önəmli enerji layihələrində yaxından şətirak edir.
Azərbaycan və Gürcüstan iqtisadi münasibətləri enerji və nəqliyyat sahəsində ön plana çıxır. Mədəni sahədə Gürcüstan və Azərbaycan arasındakı əlaqələr mütəmadi olaraq yeni layihələrlə zənginləşir. Hər il iki dövlətin mədəniyyətinin təbliği məqsədilə festivallar, sərgilər və konsert proqramları təşkili əhəmiyyətlidir. Bundan başqa, turizm sahəsindəki çoxtərəfli münasibətlər hər iki xalqı bir-birinə daha yaxın edir. Gürcüstanın dağıtı xizək turizmi və Azərbaycanın tarixi abidələri iki xalq arasında turizm axınını şərait yaradan amillərdir.
Təhsil sahəsində iki dövlət arasındakı münasibətlər özəlliklə son illər artan təqaüd proqramları və öyrənci mübadiləsi vasitəsilə yeni imkanlar yaradır. Hər iki dövlət universitetləri arasında elmi araşdırmalar və birgə konfranslar ətrafında münasibətlər yaradılır.
Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələr, qarşılıqlı dəstək və yaxın əməkdaşlıq əsasında qurulub. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan, Azərbaycanı Qarabağ münaqişəsində dəstəkləyir və hər iki ölkə birgə regional təhlükəsizlik məsələlərində əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan arasında mədəniyyətlərarası əlaqələr də çox güclüdür. Hər iki ölkənin mədəniyyətində bir-birinə təsir edən amillər mövcuddur. Azərbaycan və Gürcüstanın xalqları arasında qarşılıqlı ziyarətlər, mədəniyyət festivalları, incəsənət nümayişləri və təhsil sahəsində əməkdaşlıq mühüm rol oynayır. Azərbaycan və Gürcüstan, regional təhlükəsizlik məsələlərində də sıx əməkdaşlıq edirlər.
Hər iki ölkə, xüsusən də NATO ilə əlaqələrinin inkişafına, eləcə də regional sabitliyin təmin olunmasına önəm verir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi hərbi təlimlər, müasir hərbi texnologiyaların tətbiqi və regional təhlükəsizlik məsələlərində birgə mövqedən çıxış etmələri mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstanın gələcəkdəki əməkdaşlıq perspektivləri çox ümidvericidir. Hər iki ölkə həm regional, həm də beynəlxalq səviyyədə müasir çağırışlara uyğun birgə fəaliyyət göstərmək niyyətindədir. Bu əməkdaşlıq, xüsusilə enerji, nəqliyyat, ticarət, təhlükəsizlik və mədəniyyət sahələrində daha da möhkəmlənəcəkdir.
Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq modeli regionda müsbət nümunədir. Tarixi, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr regionun ümumi rifahı üçün vacibdir. Geosiyasi önəmə malik bu iki qonşu dövlət dostluq köprüsünü gücləndirərək gələcəyə daha ümidli baxır.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri