Azərbaycan Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırı…
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan-Gürcüstan münasibətlərinin hər zaman yüksək səviyyədə saxlanılması rəsmi Bakının düşünülmüş xarici siyasətinin məqsədlərindən biri olub.
Hakimiyyətdə hansı siyasi qüvvənin olması Gürcüstanla münasibətlərə ciddi təsir göstərməyib.
Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr bir çox sahələr üzrə inkişaf edir.
Ənənə halını alan qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin gücünü, mahiyyətini və dönməzliyini göstərir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi.
1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayan əlaqələr Ulu öndər Heydər Əliyev tərəfindən bərpa edildi və cənab Prezident İlham Əliyev bu ələqaləri daha da gücləndirdi”.
Tam oxu
Xəbəri oxu