Icma.az
close
up
RU
Menu

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

Kreml qiyamdan qorxur...

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

Futbolumuzun utanc gecəsi... Video

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

Azərbaycan Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Azərbaycan Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan-Gürcüstan münasibətlərinin hər zaman yüksək səviyyədə saxlanılması rəsmi Bakının düşünülmüş xarici siyasətinin məqsədlərindən biri olub. Hakimiyyətdə hansı siyasi qüvvənin olması Gürcüstanla münasibətlərə ciddi təsir göstərməyib. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr bir çox sahələr üzrə inkişaf edir. Ənənə halını alan qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin gücünü, mahiyyətini və dönməzliyini göstərir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayan əlaqələr Ulu öndər Heydər Əliyev tərəfindən bərpa edildi və cənab Prezident İlham Əliyev bu ələqaləri daha da gücləndirdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan əlaqələri tarixin sınağından keçib:

“Ən çətin dövrlərdə biz bir-birimizə dəstək vermişik. 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş beş günlük müharibə dövründə Azərbaycan özünün Qərb qapılarını qonşu ölkənin üzünə açdı və ölkəmizə pənah gətirən müharibədən əziyyət çəkən insanlara sığınacaq verdik.  44 günlük Vətən müharibəsində də Gürcüstan Azərbaycanın yanında dayandı. Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı, İrəvana edilən yardımlar ölkədən buraxılmadı. Ölkələrimiz arasında iqtisadi, humanitar, mədəni əlaqələr də güclü inkişaf edib. Yüz minlərlə soydaşımızın yaşadığı Gürcüstan tarixən azərbaycanlıların tez-tez səfər etdiyi doğma məkan olub. Avropaya açılan qapımız hesab edilən Gürcüstan bu gün də bizim üçün strateji əhəmiyyətə malik ölkə hesab olunur. Azərbaycanın bütün regional layihələri məhz Gürcüstan üzərindən keçir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.  2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 771.7 milyon, 2021-ci ildə 761.2 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 804.1 milyon dollar olub. Son 5 ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50.0 faiz artıb. Gürcüstan vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan istehsalıdır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında alternativ kommunikasiya  yaradır. Ölkələrimiz yaşıl enerji layihələri üzrə də fəal əməkdaşlıq edirlər. Orta Dəhliz layihəsində də birgə çalışan ölkələrimiz  Avropa ilə Asiya arasındakı körpünü daha da möhkəmləndirir. İkitərəfli əlaqələrinin inkişafında xarici şşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. İşçi Qruplarının səmərəli fəaliyyəti və beynəlxalq təşkilatlarda  qarşılıqlı dəstək münasibətlərimizin möhkəmlənməsinə töhfə verir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.

M.Vəliyeva qeyd etdi ki, Gürcüstan hakimiyyətinin son zamanlar milli maraqları hər şeydən üstün tutaraq Avropa İttifaqı ilə münasibətlərə korrektələr etməsi regionumuzun xarici təsirlərdən qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Tbilisinin qətiyyətli mövqeyi Azərbaycan-Gürcüstan tandeminin gücünü daha da artırdı. Gürcüstanın da Azərbaycan kimi Avropa Parlament Assambleyasında, Avropa İttifaqında hədəf seçilməsi iki ölkənin xarici siyasətinin milli maraqlar üzərində qurulmasından xəbər verir. Ölkələrimiz Cənubi Qafqazda sülhün, inkişafın bərqərar edilməsi üçün çalışır. Aprelin 9-da ADA Universitetində  Prezident İlham Əliyevin iştirakı ilə keçirilən  “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirildi. “Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının nəticəsidir ki, Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirilib. Birgə əməkdaşlığımız gələcəkdə həm ölkələrimizin inkişafına müsbət təsir göstərəcək, həm də bölgəmizdə sülh və sabitliyin güclənməsinə səbəb olacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see134

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see130

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see129

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see129

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see128

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see127

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see127

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see121

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see119

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri