Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq münasibətlər sistemində böyük gücə və nüfuza sahib olan Azərbaycanın regionun lider dövləti kimi də bu ərazidə baş verən istənilən məsələdə maraqları nəzərə alınır.
Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır.
Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmış oldu.
Postmüharibə dövründə təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir.
Müasir dövürümüzdə Azərbaycan Gürcüstan ilə regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı münasibətlərini dostluq və sülh şəraitində həyata keçirir.
Aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin uğurla davam etdirilməsinə söykənir.