Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan: mehriban qonşuluq və strateji tərəfdaşlıq

Azərbaycan Gürcüstan: mehriban qonşuluq və strateji tərəfdaşlıq

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq münasibətlər sistemində böyük gücə və nüfuza sahib olan Azərbaycanın regionun lider dövləti kimi də bu ərazidə baş verən istənilən məsələdə maraqları nəzərə alınır. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmış oldu. Postmüharibə dövründə təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. Müasir dövürümüzdə Azərbaycan Gürcüstan ilə regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı münasibətlərini dostluq və sülh şəraitində həyata keçirir. Aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin uğurla davam etdirilməsinə söykənir. Prezident Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk rəsmi səfəri Azərbaycana etməsi, həqiqətən də qonşu dövlətlər arasındakı əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını bir daha ifadə edir. Dövlətlərarası mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub və iqtisadi, siyasi, sosial və s. sahələrdə münasibəətlərin davamlı olmasına təsirini göstərir. Azərbaycan ilə Gürcüstan arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.

Regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Gürcüstan ölkəmizin öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında mühüm tranzit rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında səsləndirdiyi kimi, "Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır".

Nəqliyyat - tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir və Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər əhəmiyyət kəsb edir. Regional əməkdaşlıq sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr regionun və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynayır.

Əlbəttə ki, dövlətləri Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. "Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir", - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan və Gürcüstanı, heç şübhəsiz ki, mehriban qonşuluq və tarixən dostluq münasibətləri birləşdirir. Qonşu ölkələr həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə arxa durur, ərazi bütövlüklərini dəstəkləyirlər. "Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir", - deyə Prezident bildirib.

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. "Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir", - deyən Azərbaycan Prezidenti bildirib ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Təbii ki, hər iki dövlət arasında münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb. Son illərdə isə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb. Azərbaycan ilə Gürcüstan mühüm strateji tərəfdaşdırlar və uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələr həyata keçirilib, həmin layihələr xalqları, ölkələri daha da sıx birləşdirir.

Gürcüstan prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir. Bu münasibətlər gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Orxan MƏMMƏDZADƏ,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri