Azərbaycan Gürcüstan münasibətləri dinamik, davamlı inkişaf yolundadır ŞƏRH AZƏRTAC | Icma…
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 yanvar, AZƏRTAC Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.
Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüququn normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlarını da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
O qeyd edib ki, bu xüsusda Azərbaycanın xarici siyasət kursunda Gürcüstan ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır.
Öz növbəsində, Gürcüstan da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir.
Bütövlükdə, Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Tam oxu
Xəbəri oxu