Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətləri dinamik, davamlı inkişaf yolundadır ŞƏRH AZƏRTAC

Azərbaycan Gürcüstan münasibətləri dinamik, davamlı inkişaf yolundadır ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 yanvar, AZƏRTAC

Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüququn normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlarını da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O qeyd edib ki, bu xüsusda Azərbaycanın xarici siyasət kursunda Gürcüstan ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Gürcüstan da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.

İki ölkənin hər zaman bir-birini dəstəklədiyini diqqətə çatdıran A.Məmmədov deyib: “Bu gün Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci illərdə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycanın sözügedən sənədin lehinə səs verməsi qeyd etdiyimiz məqamı təsdiqləyən xüsuslardan yalnızca biridir”.

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən deputat bildirib ki, ölkələrimiz arasında təşkil olunan dövlət və hökumət başçılarının rəsmi səfərlərin intensivliyi, parlamentlərarası işçi qruplarının, hökumət nümayəndələrinin mütəmadi olaraq görüşlər keçirməsi – dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə bir sübutdur.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirinin etdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər olduğunu, həmin münasibətlərin tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslandığını, müasir dövrdə isə həyata keçirilən qlobal layihələrin iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqda olduğunu vurğuladı”, - deyə A.Məmmədov bildirib.

Deputatın fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata verdiyi birgə bəyanatda toxunulan vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi ilə bağlı oldu. Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycan və Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir.

Azərbaycanın Gürcüstan tranziti vasitəsilə hazırda 11 ölkəyə təbii qaz ixrac etdiyini xatırladan Anar Məmmədov deyib: “Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi. Qeyd olundu ki, ölkələrimiz bu layihə çərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Məhz bu istiqamətdə hər iki ölkədə zəruri işlər görülür, nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir. Əlbəttə, bütün bunlar Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri