Azərbaycan Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır ŞƏRH | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 17 aprel, AZƏRTAC Cənubi Qafqaz regionu ərazisinə və əhalisinin sayına görə dünyad
Təhlükəsizlik, enerji, logistika, dəhlizlərin kəsişməsi və digər amillər bizim regionun əsas mövzularındandır.
Bu regionda üç ölkənin yerləşməsinə baxmayaraq Cənubi Qafqazın iki əsas dövlətinin olması artıq heç kimdə şübhə doğurmur.
Bunlardan biri və birincisi enerji resursları, Xəzərlə sərhəd olmasından başqa, regionun və qonşu dövlətlərin hamısını birləşdirən, bu yolla həm də Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycandır.
Digəri isə, Qərbdən regionumuza və Cənubi Qafqazdan da Qərbə açılan qapı roluna sahib Gürcüstandır.
Azərbaycanla Gürcüstanı təkcə regional mövqe və qonşuluq münasibətləri birləşdirmir, fərqli dini dəyərlərə sahib olsaq da, bizi yüzilliklər ərzində eyni dövlətin tərkibində mövcud olmaq, oxşar tarix və bir sıra digər dəyərlər də birləşdirməkdədir.
Qapalı bir dövlətdən canımızı qurtarıb müstəqilliyimizə qovuşmağımız nəinki bizim sahib olduğumuz dəyərlərdən uzaqlaşmağımıza səbəb olmadı, əksinə münasibətlərimizin daha da inkişaf etdirilməsinə və daha sıx əməkdaşlığa səbəb oldu.
Bu gün Azərbaycanla Gürcüstanın inkişaf etməkdə olan münasibətləri bir çox ölkələr, o cümlədən də qonşu Ermənistan üçün ciddi nəticələrə gətirib çıxaran nümunə olmalıdır.
Tam oxu
Xəbəri oxu