Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır ŞƏRH

Azərbaycan Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Cənubi Qafqaz regionu ərazisinə və əhalisinin sayına görə dünyada böyük olmasa da, əhəmiyyətinə və maraq cəlb etməsinə görə əsas regionlardan biri hesab oluna bilər. Təhlükəsizlik, enerji, logistika, dəhlizlərin kəsişməsi və digər amillər bizim regionun əsas mövzularındandır. Bu regionda üç ölkənin yerləşməsinə baxmayaraq Cənubi Qafqazın iki əsas dövlətinin olması artıq heç kimdə şübhə doğurmur. Bunlardan biri və birincisi enerji resursları, Xəzərlə sərhəd olmasından başqa, regionun və qonşu dövlətlərin hamısını birləşdirən, bu yolla həm də Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycandır. Digəri isə, Qərbdən regionumuza və Cənubi Qafqazdan da Qərbə açılan qapı roluna sahib Gürcüstandır. Azərbaycanla Gürcüstanı təkcə regional mövqe və qonşuluq münasibətləri birləşdirmir, fərqli dini dəyərlərə sahib olsaq da, bizi yüzilliklər ərzində eyni dövlətin tərkibində mövcud olmaq, oxşar tarix və bir sıra digər dəyərlər də birləşdirməkdədir. Qapalı bir dövlətdən canımızı qurtarıb müstəqilliyimizə qovuşmağımız nəinki bizim sahib olduğumuz dəyərlərdən uzaqlaşmağımıza səbəb olmadı, əksinə münasibətlərimizin daha da inkişaf etdirilməsinə və daha sıx əməkdaşlığa səbəb oldu. Bu gün Azərbaycanla Gürcüstanın inkişaf etməkdə olan münasibətləri bir çox ölkələr, o cümlədən də qonşu Ermənistan üçün ciddi nəticələrə gətirib çıxaran nümunə olmalıdır. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanla Gürcüstan arasında baş verənləri ən yaxından müşahidə edən Ermənistan tərəfi bu günə qədər olanlardan düzgün nəticə çıxarmır. Əksinə, özünün təcrid olunmasına gətirib çıxaran siyasətini hər gün davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov səsləndirib.

O xatırladıb ki, keçən əsrin 90-cı illərində müstəqilliklərini bərpa etdikdən müəyyən müddət sonra Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına və ümumilikdə regionun inkişafına yönələn uzaqgörən və müdrik siyasətə üstünlük verilməsi özünü doğruldub: “İki dövlət, xüsusilə də qonşu dövlətlər arasında mümkün ola biləcək bütün münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, logistika, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə ciddi önəm verilməkdədir. Hazırda özünün və tranzit ölkə kimi digər ölkələrin enerji resurslarının ixrac edilməsi layihələrinin demək olar ki, hamısını Gürcüstan üzərindən həyata keçirən Azərbaycan dünyanın 12 ölkəsinə qaz nəql edirsə onlardan ilk sırada duranlardan biri də qonşu Gürcüstandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz dəhlizi və bir sıra digər böyük layihələrin reallaşmasından sonra artıq müasir dövrün prioritetlərinə uyğun yaşıl enerji layihələrinin əsasını qoymaqdayıq. Göründüyü kimi, bu münasibətlərin mövcud olduğu proses sonsuz xarakter daşıyır”.

Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini həmişə dəstəkləyən Gürcüstana bizim münasibətimizin də adekvat olduğunu bildirən politoloq keçmiş Qarabağ münaqişəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edən Gürcüstana, onun beynəlxalq səviyyədə tanınan ərazilərinə münasibətdə istənilən qanunsuz və hüquqazidd addıma Azərbaycanın da ədalətli yanaşmasının özünü çox gözlətmədiyini qeyd edib. Belə ki, ən son hadisələr - Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” və LGBT təbliğatını qadağan edən qanunların qəbuluna beynəlxalq qərəzli münasibət və kənar müdaxilələr zamanı Azərbaycanın tutduğu mövqe, Gürcüstan dövlətinin və gürcü xalqının yanında olması bizim münasibətləri daha da gücləndirib.

“Zamanında eyni təzyiqlərə və qanunsuz müdaxilələrə məruz qalmamaq üçün preventiv tədbirlər görən, qanunvericiliyinə lazımi dəyişikliklər edərək sui-istifadə imkanlarının qarşısını vaxtında alan Azərbaycan elə zamanında da qonşu Gürcüstanın yanında oldu. Məhz ona görə də keçirilən son seçkilərdən sonra Baş nazir İrakli Kobaxidzenin ölkəmizə səfər etməsinin ardından Mixeil Kavelaşvili də Gürcüstan Prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana etdi. Azərbaycan Prezidenti İlham Əliyevin də səfər etməyə üstünlük verdiyi qonşu ölkələrdən biri kimi Gürcüstan rəhbərlərinin qarşılıqlı addımları ölkələrimiz arasında münasibətlərin əsas göstəricilərindən hesab oluna bilər. Bu qarşılıqlı səfərlərdə və digər formalarda sıx təmaslarda müzakirə edilən taleyüklü məsələlərin və əldə edilən uğurlu nəticələrin iki region ölkəsi arasında münasibətlərin inkişafının təsadüfi məqamlara deyil, qarşılıqlı məntiqə, konkret hədəflərə və tərəflərin dövlətçilik maraqlarına xidmətə əsalandığını demək üçün ciddi zəmin yaradır.

Region ölkəsi kimi Gürcüstanı da narahat edən keçmiş Qarabağ münaqişəsinin həllini tapması və artıq bir neçə ildir ki, Cənubi Qafqaza yeni reallıqlar gətirməsi qonşu Gürcüstanın da diqqətini cəlb etməmiş deyil. Yeni reallıqları qəbul edən və ən yüksək səviyyədə dəstəkləyən ölkələrdən biri də Gürcüstandır. Bu bizə regionumuzu sülh və təhlükəsizlik regionuna çevirməyə, “Qafqaz evi” yaradaraq bu evdə sülh şəraitində yaşamağa və inkişaf etməyə ciddi imkanlar yaradır. Bu məsələdə də diqqətlər sülh prosesində Ermənistana ötürdüyümüz topa yönəlir. Həmin topla Ermənistan regionumuzun qaydaları çərçivəsində və yerli aktorlarla oynamalı, onu kənar qüvvələrə ötürməlidir. Bunun üçün isə, qonşu demək məcburiyyətində qaldığımız Ermənistanın iqtidarına Azərbaycan və Gürcüstan iqtidarlarında olan iradə, güc və müstəqillik lazımdır”, - deyə politoloq Xəyal Bəşirov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri