Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Bu tarix ölkəmizdə ilk mətbu orqanın “Əkinçi” qəzetinin nəşrə başladığı gündür.
Qəzetin əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur.
“Əkinçi” qəzeti 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüşdür.
Buna baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında qəzetin əvəzsiz rolu olmuşdur.
Dövrünün görkəmli ziyalıları, sayılıb seçilən insanlar və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, xalqı maraqlandıran, gündəmi əhatə edən məqalələrlə çıxış edirdilər.“Əkinçi” qəzeti qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı.
Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə daha yaxından iştirakından narahat olduğuna, çəkindiyinə görəqəzetin nəşrini dayandırib.
1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Fərman ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi.