Icma.az
close
up
RU
Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu ŞƏRH

Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix ölkəmizdə ilk mətbu orqanın “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Qəzetin əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. “Əkinçi” qəzeti 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüşdür. Buna baxmayaraq Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında qəzetin əvəzsiz rolu olmuşdur. Dövrünün görkəmli ziyalıları, sayılıb seçilən insanlar və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, xalqı maraqlandıran, gündəmi əhatə edən məqalələrlə çıxış edirdilər.“Əkinçi” qəzeti qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı.

Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə daha yaxından iştirakından narahat olduğuna, çəkindiyinə görəqəzetin nəşrini dayandırib.

1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Fərman ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi. Sözü gedən fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Bu gün ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Əbədiyaşar Liderimiz Heydər Əliyevin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” –söylədiyi bu fikirlər ulu öndərin milli mətbuatımıza verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyyalarını yaşadan, Onun təməlini qoyduğu düşünülmüş siyasi kursu dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımıza həssaslıqla yanaşır, mətbuat işçilərinə xüsusi olaraq diqqət və qayğı göstərir. Dövlət başçımızın 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında, 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Sərəncam və Fərman imzalamışdır. Hər il Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbrik mesajları ünvanlayır.

Bütün dövrlərdə Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də mətbuatın inkişafına xüsusi diqqət ayırmışlar. Mütəmadi olaraq mətbuat işçiləri ilə təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” imzaladığı Sərəncamlarla Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilərək mətbuat işçilərinə təhvil verilmişdir. Bütün bunlar milli mətbuatımıza, mətbuat işçilərinə göstərdiyi diqqətin göstəricisidir. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Prezidenti İlham Əliyev çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı və hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir"- deyərək, söz və mətbuat azadlığını yüksək qiymətləndirdiyini nümayiş etdirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan jurnalisti 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam edən Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Qəhrəman jurnalistlərimiz müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərləri operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıblar. Bu gün də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri