Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 yanvar, AZƏRTAC Tarix və baş verən hadisələr sübut edir ki, dövlətlərin irəliləməsində və ya geriləməsində əhəmiyyətli rola malik amil məhz liderdir.
Əhəmiyyətli digər məsələ də odur ki, rəhbər hər zaman və hər şəraitdə necə ünsiyyət qurmalı olduğuna diqqət yetirməlidir.
Şifahi ünsiyyət, sadəcə, sadə danışmaq deyil, sözləri necə seçmək, eləcə də davranış, bəzən isə sözlərin yerinə jest və mimikaların da danışması baxımından görünən qeyri-verbal ünsiyyətə də diqqət yetirilməlidir.
Bu, liderin təsviri keyfiyyətidir. Yürüdülən siyasətin keyfiyyəti isə müsahibə zamanı məzmuna diqqətlə nəzər yetirdiyin, onu analiz etdiyin
Belə ki, bu keyfiyyət səbəb-nəticə əlaqəsinin özünü doğrultmasına, qazandırdığı dividentlərə görə bəlli olur.
Vurğulanmalı prioritet məsələ odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi mesajı göndərən və qəbul edənlər arasında qarşılıqlı anlaşma olduğundan bir daha xəbər verdi.
Yəni, "Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" fikri xudbin insanların və bədbin fikirlərin dövriyyəyə buraxılmağa cəhd edildiyi bir zamanda möhkəm qalxan oldu.